Naxçıvanda kitabxana işçilərinə sertifikatlar verilib
Tarix: 20.06.2017 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə kitabxana işçiləri üçün keçirilən 10 günlük kurs başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Naxçıvan Musiqi Kollecində tədbir keçirilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, bu, artıq Naxçıvan Müəllimlər İnstitutu ilə birgə təşkil olunan üçüncü kursdur. Qeyd olunub ki, muxtar respublikada mədəniyyətin bütün sahələri kimi, kitabxanalara da diqqət və qayğı göstərilir. Kitabxana əməkdaşları ənənəvi kitabxanaçılıq təcrübəsi ilə kifayətlənməməli, oxuculara göstərilən xidmət işini yüksək səviyyədə qurmağı bacarmalıdırlar.
Nazir çıxışında bildirib ki, bu gün muxtar respublikada kitabxanaların təmir olunması, yeni inşa edilmiş binalara köçürülməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, kitab fondunun zənginləşdirilməsi sahəsində mühüm tədbirlər görülür.
Vurğulanıb ki, kurslar kitabxana əməkdaşlarına müasir kitabxana işi ilə bağlı görülən işlər, bu sahədə yeni texnologiyaların tətbiqi haqqında məlumat vermək baxımından əhəmiyyətli olub. Bu da işin düzgün qurulmasına kömək edəcək.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli kursu bitirən kitabxanaçıları təbrik edib və təcrübəli müəllimlərə minnətdarlığını bildirib. Qeyd edib ki, bundan sonra da kitabxanaçılıqla bağlı kurslar təşkil olunacaq. Çünki bütün sahələr kimi, kitabxana işi də yeniliklərlə zənginləşir. Yeni yaradılan elektron kitabxanalar bunun bariz nümunəsidir.
Sonda kursu bitirən 27 nəfər kitabxana əməkdaşına sertifikatlar verilib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info