Əli Həsənov: “Əgər işğalçı, şovinist rejim düzgün yola qayıtmasa, onların sonu çatacaq”
Tarix: 20.06.2017 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


“Bu gün dünyada 65,6 milyon insan didərgin düşüb və qaçqın, miqrant, məcburi köçkündür. Yəni orta hesabla dünyada hər 113 nəfərdən biri didərgin düşmüş şəxsdir”. Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov deyib. Ə. Həsənov bildirib ki, dünyada bu sahədə vəziyyət yaxşılaşmaq əvəzinə ağırlaşır: “Tək Türkiyə dövləti son 3 ildə 2 milyon 900 min qaçqın qəbul edib. Dünyada özlərini hegemon sayan dövlətlər öz aralarında yeni coğrafi məkanlara, regionlara nəzarət etmək, yeni təbii sərvətlər, xüsusən enerji resursları əldə etmək üçün mübarizə aparırlar. Arada isə ərazisi kiçik, əhalisinin sayı az olan dövlətlər, xalqlar əziyyət çəkir. Bu gün dünyanın mənzərəsi budur. Son 30 ildə qaçqın, məcburi köçkün və miqrantların sayı 2 dəfə, münaqişə zonalarının sayı 3 dəfə artıb. Problemin həlli dünyada xalqların, dövlətlərin həmrəyliyini tələb edir”.
Ə. Həsənovun sözlərinə görə, keçən il aprel döyüşləri Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqları istənilən an işğaldan azad etməyə hazır olduğunu göstərib: “Aprel döyüşlərindən sonra Ermənistanın təcavüzkar siyasi rəhbərliyi hələ də özünə gələ bilməyib. Xalq, ordu, elə Serj Sarkisyanın ətrafı da ona qarşı qalxıb. Əgər işğalçı, şovinist rejim düzgün yola qayıtmasa, onların sonu çatacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Bayram günlərində əhali fasiləsiz nəqliyyat və rabitə xidmətlərilə təmin ediləcək
19.03.2019
Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info