Əli Əhmədov: “Azərbaycanda iqtisadi sahədə köklü islahatlar nəzərdə tutulub”
Tarix: 20.06.2017 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


"Bu gün Azərbaycan iqtisadiyyatının sürətli inkişafı göz qarşısındadır. Son 12 il ərzində iqtisadiyyatın 3.5 dəfə artması qürur duyulan bir haldır". Bunu Baş nazirin müavini Əli Əhmədov Sumqayıtda sahibkarlarla görüşü zamanı deyib.
Ə.Əhmədov bildirib ki, bütün bunların hamısı əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətin möhtəşəm uğurudur: “Azərbaycanda bütün sahələrin inkişafının kökündə iqtisadi inkişaf dayanr. İqtisadi inkişaf nəticəsində əldə olunan resurslar sayəsində Azərbaycanda əhalinin rifahı yaxşılaşıb, yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə enib, əməkhaqları, pensiyalar 3 dəfə artıb, qəsəbələr, şəhərlər simasını dəyişib və müasirləşib. Bütün bunların hamısının kökündə iqtisadi inkişaf dayanır. İqtisadi inkişaf olmadan bütün bunlara nail olmaq mümkün olmazdı”.
Baş nazirin müavini vurğulayıb ki, bundan sonra nəzərdə tutulan işlərin həyata keçirilməsi yenə də iqtisadi inkişafla bağlıdır: “Ona görə də Prezident İlham Əliyevin apardığı siyasətin hədəfində iqtisadi inkişaf dayanır. Bu gün Azərbaycanda iqtisadi sahədə köklü islahatlar nəzərdə tutulub. Bu günə qədər biz iqtisadi sahədə təbii resurslara istinad edirdik. Azərbaycan bu günə qədər təbii resurslardan səmərəli istifadə edib. Lakin bundan sonra da iqtisadiyyatın inkişafında yeni bir mərhələ başlayır. Yəni digər resurslar var, bu da iqtisadiyyatın diversifikasiyasına, tükənməyən resurslara əsaslanaraq iqtisadiyyatın, iqtisadi inkişafın yeni mərhələsi deməkdir. Bu, iş adamlarının məsuliyyətini, fəallıq əmsalının yüksəldilməsini tələb edir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info