Əli Əhmədov: “Hökumətin tələbi ondan ibarətdir ki, sahibkarlar çalışdırdığı insanların əmək hüquqlarını tam təmin etsinlər” 
Tarix: 20.06.2017 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Azərbaycan hökuməti çalışır ki, vətəndaşların pensiya hüquqları indidən pozulmasın. Həmin şəxslər gələcəkdə onlara düşməli olan pensiyanı ala bilsinlər.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov Sumqayıtda sahibkarlarla görüşdə deyib.
Ə.Əhmədov bildirib ki, sahibkarlarla görüşün məqsədi də ondan ibarətdir ki, müzakirələr aparıb bu vəziyyətin aradan qaldırılması üçün tədbirlər görülsün:
“Əks halda, gələcəkdə vəziyyət belə olacaq. Siz bu gün işlədib sosial ödənişlərini ödəmədiyiniz insanları gələcəkdə dövlət sizin üzərinizə göndərəcək ki, vaxtında onların pensiya haqqını ödəməmisiniz. Onda bu şəxslər sizi məhkəməyə verəcək. Belə olan halda çox gərgin vəziyyət yaranacaq. Ona görə də dövlət çalışır ki, indidən bu problemlərin qarşısını alsın. Hökumətin istəyi və tələbi ondan ibarətdir ki, sahibkarlar çalışdırdığı insanların əmək hüquqlarını tam təmin etsinlər, həm bu günkü haqlarını, həm də gələcəkdə istifadə etməli olduqları pensiya hüquqlarını təmin etsinlər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info