“İsa Qəmbərin fikirlərini ciddiyə almaq lazım deyil”
Tarix: 25.04.2013 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


“İsa Qəmbər o qədər uğursuzluğa düçar olub ki, səsləndirdiyi fikirləri də düşünmədən deyir. İllərdir eyni və köhnəlmiş çağırışlarla insanları təxribatçılığa sövq edən İsa Qəmbər bilməlidir ki, bu gün onu heç kəs dəstəkləmir”.
Bu fikirləri “SİA”ya açıqlamasında millət vəkili Sədaqət Vəliyeva Müsavat başqanı İsa Qəmbərin bu il seçkilərdə qələbə qazanacağı ilə bağlı bəyanatına münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, “ac toyuq yuxusunda darı görər”: “İsa Qəmbər çox şey deyə bilər. Bu, onun üçün ənənəyə çevrilib, hər seçki vaxtı bu cür populist çıxışlar edir. Odur ki, onun bu cür çıxışlarını, prezident olacağı ilə bağlı fikirlərini ciddiyə almaq lazım deyil”. S.Vəliyeva ABŞ Dövlət Departamentinin açıqladığı hesabata da münasibət bildirərək qeyd edib ki, bu, ölkəmizin inkişafını gözü götürməyənlərin təxribatları, düşmənçilik mövqeyidir: “Çünki inkişaf edən Azərbaycan, qüdrətli bir dövlət onlara sərf eləmir. Azərbaycan isə öz müstəqil siyasəti ilə dünyada layiqli yerini tutub”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info