“Özünüməşğulluq proqramı çərçivəsində 730 nəfər işsiz və işaxtaranın aktivlərlə təminatı həyata keçirilib”
Tarix: 20.06.2017 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş aktivlər (mal və materiallar) hesabına yeni yaradılan fərdi təsərrüfatların sayı getdikcə artır.
 
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
 
“Bu günə olan məlumata əsasən, özünüməşğulluq proqramı çərçivəsində artıq 60-dan çox rayon və şəhər üzrə 730 nəfərə qədər işsiz və işaxtaran şəxsin aktivlərlə təminatı həyata keçirilib. Onların hər biri verilmiş mal və materiallar əsasında ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını biznes-planlarında nəzərdə tutulan qaydada formalaşdıra biliblər", - deyə nazir qeyd edib.
 
S.Müslümov bildirib ki, proqram çərçivəsində 1400 nəfərə yaxın şəxsin özünüməşğulluğuna şərait yaradılması nəzərdə tutulub: "Bildiyiniz kimi, "İşsizlikdən sığorta haqqında" qanunun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Əgər digər oxunuşlarda qanun layihəsi qəbul olunarsa, bu qanunun 2018-ci il yanvar ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Yeni qanun özünüməşğulluq sahəsində işləri daha geniş müstəvidə davam etdirməyə də əsas yaradacaq. Belə ki, qanunun qüvvəyə minməsi işsizlikdən sığorta haqları hesabına toplanmış vəsait hesabına iki istiqamətdə  mühüm addımların atılmasına təminat verəcək. Yəni bir tərəfdən müəssisənin ləğvi və ya işçilərin sayı, yaxud ştatların ixtisarı nəticəsində işini itirmiş şəxslərin işsizlik müavinəti ilə təmin olunmasına, digər tərəfdən aktiv məşğulluq tədbirlərinin, xüsusən özünüməşğulluq proqramının əhatə dairəsini xeyli genişləndirməyə, yəni il ərzində təqribən 5-6 min nəfərin özünüməşğulluq proqramına cəlb edilməsinə imkan yaranacaq".
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info