Sən də əsgərə məktub yaz
Tarix: 20.06.2017 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Sərfəli, sürətli və peşəkar çatdırılma xidməti olan Mover.az daha bir sosial layihəsi ilə gündəmə gəlib. Silahlı Qüvvələr Günü ərəfəsində şirkətin dəstəyi ilə www.esgeremektub.com saytı hazırlanıb.
 
Bu sayt vasitəsilə hər kəs Azərbaycan Əsgərinə yaza biləcək, ona ürək sözlərini, mənəvi dəstəyini ifadə edəcək, Vətənin keşiyində dayanmış, Azərbaycan sərhədlərini göz-bəbəyi kimi qoruyan yenilməz Ordumuza öz minnətdarlığın çatdıracaq.
 
Xatırladaq ki, bundan əvvəl də ASAN Könüllülərinin təşəbbüs və təşkilatçılığı, ASAN Radionun  informasiya dəstəyi ilə əsgərə məktub layihəsi uğurla həyata keçirilib.  
 
"Mover.az" şirkəti həmçinin APA Holdinglə birlikdə  Silahlı Qüvvələr Gününə ithafən "Salam, əsgər" adlı video çarx hazırlayıb. Video çarxda tanınmış hərbi diktor, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı Azərbaycan əsgərinə öz məktubunu oxuyub.  "Mover.az" digər tanınmışları da bu aksiyaya qoşulmağa, Azərbaycan Əsgərinə səslənməyə çağırır.
 
Respublika Günü ərəfəsində hazırladığı çərçivə vasitəsilə yüzminlərlə "facebook" istifadəçisinin  profilində Cümhuriyyətimizin 99 illiyinin anılmasına dəstək olmuş Mover.az bu dəfə də Silahlı Qüvvələri Günü üçün yeni çərçivə hazırlayıb. Artıq facebook sosial şəbəkəsində yayılmış çərçivə ilə profil şəklini yeniləyən istifadəçilər bu aksiyaya qoşula bilirlər.
 
Qeyd edək ki, istifadəçilər www.esgeremektub.com saytından da profil şəkillərini yeniləyə bilərlər. Bu saytda Azərbaycan Əsgərinə məktub yazmaqla yanaşı, "Salam, əsgər" video çarxını izləmək, digər məktubları oxumaq da mümkündür.
 
Qeyd edək ki, mover.az şirkəti 2015-ci ildə yaranıb. Şirkət Türkiyə alış-veriş saytlarından edilən online sifarişlərin Azərbaycana çatdırılması ilə məşğul olur.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info