BMT nümayəndəsi: “Cocuq Mərcanlının timsalında məcburi köçkünlərin ilk qayıdışı münasibətilə Azərbaycanı təbrik edirəm“
Tarix: 20.06.2017 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


ADA Universitetində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 20 İyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib.
BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Furio De Angelis və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tədbirdə açılış nitqləri ilə çıxış ediblər, sonra “Biz qaçqınlarla birgə dayanırıq” qlobal kampaniyası çərçivəsində hazırlanmış sosial-xidməti video nümayiş olunub.
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov 16 ildir ki, Ümumdünya Qaçqınlar Gününün qeyd edildiyini, ancaq onların qayıdışının qeyd olunmadığını söyləyib: “Dünyadakı aparıcı dövlətlər nə düşünürlər? Hegemonluq uğrunda mübarizə aparan dövlətlər dünyanı hansı vəziyyətə gətirib çıxarıblar? Azərbaycan 25 ildir ki, Ermənistan tərəfindən torpaqlarının işğalı ilə üzləşib. BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı qətnamələr, qərarlar qəbul ediblər, ancaq nəticə yoxdur”.
 Ə. Həsənov bu gün dünyada məcburi köçkünləri hüquqi baxımdan idarə etmək üçün beynəlxalq sənəd olmadığını söyləyib: “Bu gün dünyada 40 milyon məcburi köçkünün hüququnu hansı sənədlə qorumaq lazımdır? Azərbaycan hər il BMT-də bu məsələni qaldırır, bizimlə razılaşırlar, ancaq belə bir sənəd qəbul olunmur. Gəlib Azərbaycan dövlətinin təcrübəsini öyrənsinlər. Avropa İttifaqı tez-tez Azərbaycanda insan hüquqları ilə bağlı sənəd qəbul edir, ancaq ölkəmizdə məcburi köçkün və qaçqınlarla bağlı sənəd qəbul etmir. Bu dərəcədə ədalətsizlik olarmı? Azərbaycan Prezidenti enerji resurslarının Avropaya daşınması üçün bütün işləri görüb, Avropanı xilas edib. Bunun qarşılığında Avropa bizə nə verib? Hörmət qarşılıqlı olmalıdır, Azərbaycana da hörmətlə yanaşılmalıdır”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini yaşayır: "Münaqişənin hər an alovlanmaq ehtimalı davamlı inkişafa təhlükə yaratmaqdadır. İnanırıq ki, BMT Qaçqınlar üzrə Ali Komissarlığının sabiq rəhbərinin BMT baş katibi seçilməsi bu sahədə problemlərin həllinə təkan verəcək".
BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Furio De Angelis qeyd edib ki, 2016-cı ilin sonunda bütün dünyada zorla didərgin salınmış insanların sayı 65,6 milyon nəfər olub, bu da əvvəlki ildən 300 min nəfər çoxdur. O, didərgin düşmüş insanların 22,5 milyon nəfərinin qaçqın, 40,3 milyon nəfərinin öz ölkələri daxilində köçkün düşənlər, 2,8 milyon nəfərinin ölkələrini tərk edən və qaçqın qismində beynəlxalq himayə axtaran insanlar olduğunu nəzərə çatdırıb: "Didərgin düşən insanlar əsasən Əfqanıstan, Suriya və Somali münaqişələri ilə əlaqədar didərgin düşən insanlardır. Qaçqınlar, miqrantlar bacarıq və peşələri ilə gəldikləri ölkələrin inkişafına böyük töhfə verə bilərlər. Müharibə və terrorizmdən qaçanlarla müharibə və terrorizmi özlərinin peşələri kimi seçənlər arasında fərq böyükdür”.
 
F. De Angelis Azərbaycan cəmiyyətinin qonaqpərvərliyi ilə seçilən cəmiyyət olduğunu vurğulayıb: “Azərbaycan Dağlıq Qarabağ problemi ucbatından qaçqın və məcburi köçkün probleminə məruz qalıb. Ancaq Azərbaycan inkişaf yolu seçib. Bu gün Azərbaycan Avropada ən çox didərgin insanın olduğu ölkələrdəndir. Biz bu gün 4 min məcburi köçkünün mənzillə təmin edilməsini nəzərdə tutan layihəni alqışlayırıq. Mən Cocuq Mərcanlının timsalında məcburi köçkünlərin ilk qayıdışı münasibətilə Azərbaycan hökumətini təbrik edirəm”.
Sonda məcburi köçkün gənclərin ifasında musiqi proqramı təqdim olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”
18.09.2018
Dövlət Komitəsi diaspor təşkilatlarına texniki dəstək göstərəcək
18.09.2018
“Bakcell” növbəti beynəlxalq ekoloji aksiyaya qoşulub
18.09.2018
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info