BSU-da II Beynəlxalq Elmi Konfrans keçirilir
Tarix: 25.04.2013 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Azərbaycan xalqının Ümummilli lideri, ölkəmizi ağır tarixi sınaqlardan uğurla çıxarmış, demokratik dövlət quruculuğunda xidmətlərilə bir ictimai-siyasi xadim kimi nüfuz qazanmış görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90-cı ildönümü bütün respublika ictimaiyyətində təntənəli şəkildə qeyd olunur.
Bakı Slavyan Universitetində də ulu öndərin xatirəsinə həsr olunmuş geniş tədbirlər planı təsdiq edilib və onun icrasına başlanılıb. 25 aprel tarixində BSU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “Humanitar elmlərin aktual problemləri” mövzusunda Magisrtantların II Beynəlxalq Elmi Konfransı öz işinə başladı. Konfransın açılış mərasimindən əvvəl tədbir iştirakçıları Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Plenar iclası giriş sözü ilə BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev açaraq qonaqları salamladı.Gürcüstanın Tsereteli adına Kutaisi Dövlət Universitetinin professoru T.T.Çiradze, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetinin magistrantı İ.V.Poxomova, Rusiyanın Astraxan Dövlət Universitetinin magistrantı M.V. Avdasiyeva, Türkiyənin Qafqaz Universitetinin magistrantı A.Altıntaş, Bakı Dövlət Universitetinin magistrantı N.K.Xıdırova, Sumqayıt Dövlət Universitetinin magistrantı G.A.Rüstəmova və BSU-nun magistrantı, Kölgə Kabinetinin rəhbəri A.M.Axundovova və başqaları çıxış edərək konfransın gənc tədqiqatçılar üçün əhəmiyətindən danışdılar, BSU-nun reallaşdırdığı bu elmi tədbirlərin dünya elminə böyük töhfə olduğunu vurğuladılar və möhtəşəm layihəyə dəstək verdiyinə görə BSU-nun rektoru, AMEA-nın müxbir üzvü prof. Kamal Abdullayevə dərin təşəkkürlərini bildirdilər.
Konfrans öz işini “Dilçilik”, “Ədəbiyyatşünaslıq”, “Pedaqogika, psixologiya və metodika” və “İctimai elmlər” bölmələrində davam etdirdi . Konfransda Türkiyə, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan və Avstriya kimi xarici ölkələrdən, Azərbaycan Respublikasından isə müxtəlif universitetlərdən Bakı Dövlət Universiteti, M.V.Lomonosov adına MDU-nin Bakı filialı, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Sumqayıt, Naxçıvan Dövlət Universitetləri, Bakı Avrasiya Akademiyası, Qafqaz Universiteti və s.) magistrantlar 300-dək elmi məruzə ilə çıxış edirlər. Məruzələrin yarıdan çoxu isə Bakı Slavyan Universitetinin magistrantlarının payına düşür. Konfrans çərçivəsində “Mədəniyyətlərdə “özümünki” və “özgəninki”” mövzusunda ustad dərs də keçirilmişdir. Konfransda iştirak edən magistrantların elmi məruzələri BSU tərəfindən çap olunub konfrans iştirakçılarına təqdim olunub.
Təşkilatçılar qonaqların Azərbaycan paytaxtı ilə tanışlığını nəzərdə tutan geniş mədəni proqram hazırlayıblar.

Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info