“Afrika İttifaqı ilə təcrübəmizi bölüşməyə hazırıq”
Tarix: 20.06.2017 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Azərbaycanın Afrika İttifaqı yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev Afrika İttifaqı Komissiyasının yeni seçilmiş sədri Musa Faki Mahamatla görüşüb.
 
Azərbaycanın Efiopiyadakı səfirliyindən verilən məlumata görə, görüş zamanı səfir E. Abdullayev M. Mahamatı bu mötəbər beynəlxalq təşkilatın rəhbəri vəzifəsinə seçilməsi münasibətilə təbrik edərək, Azərbaycan ilə Afrika İttifaqı arasında münasibətlərin inkişafının xüsusi önəm daşıdığını bildirib.
 
E. Abdullayev Azərbaycanla qitə ölkələri arasında əməkdaşlığın əsasının illər öncə qoyulduğunu həmsöhbətin diqqətinə çatdıraraq, Azərbaycanla Afrika İttifaqı arasında münasibətlərin genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirib. Ölkəmizin bir çox sahələrdə zəngin təcrübəyə malik olduğunu qeyd edən səfir E. Abdullayev Afrika İttifaqı və digər Afrika ölkələri ilə öz təcrübəmizi bölüşməyə hazır olduğumuzu vurğulayıb. Səfir E.Abdullayev Azərbaycanın Afrikada təhsilin inkişafına töhfə verdiyini, xüsusilə qızların təhsili sahəsində ölkəmizin dəstəyi ilə UNESCO ilə birgə qitə üçün xüsusi əhəmiyyət kəsb edən layihələrin həyata keçirildiyini vurğulayıb.
  
Afrika İttifaqı Komissiyasının sədri M. Mahamat isə zəngin enerji ehtiyatları olan və qısa müddət ərzində əhəmiyyətli inkişaf yolunu keçən Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsini nümunəvi və təqdirəlayiq adlandırıb, bu sahədə ölkəmizin əldə etdiyi təcrübəsinin bütün dünya, o cümlədən Afrika ölkələri üçün də önəmli olduğunu bildirib. Azərbaycan tərəfindən Afrika ölkələri ilə münasibətlərin inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirən M. Mahamat Azərbaycanın dəstəyi ilə Afrikada həyata keçirilən layihələrin Komissiya üçün də prioritet istiqamətlərdən olduğunu vurğulayıb. O, həmçinin Afrika İttifaqı Komissiyasının ölkəmizlə əməkdaşlığı davam etdirməyə, Azərbaycanın qitə ölkələri ilə münasibətlərinin möhkəmləndirilməsində Afrika İttifaqı Komissiyasının platforma rolunu oynamağa hazır olduğunu qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20.07.2019
İqor Dodon: Moldova ilə Azərbaycan arasında çox gözəl əməkdaşlıq əlaqələri mövcuddur
19.07.2019
Xarici işlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info