BANM növbəti İSO beynəlxalq sertifikatına sahib olub
Tarix: 20.06.2017 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi (BANM) növbəti beynəlxalq standartı olan - ISO 10002 "Müştəri məmnuniyyəti – şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər” sertifikatına sahib olub. Bu sertifikat Türk Standartları İnstitutunun auditorlarının apardığı beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirlərinin nəticəsində verilib.
BANM-dən bildirilib ki, sertifikatların təqdimetmə mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, SOCAR-ın Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov və Türk Standartları İnstitutunun ölkəmizdəki təmsilçisi Səlim Çələbi iştirak ediblər.
BANM-in rektoru Elmar Qasımov qeyd edib ki, sertifikat keyfiyyətli idarəetmə sisteminin ali məktəbin öz fəaliyyətində tətbiqinin, aparılan işin yüksək səviyyədə təşkilinin göstəricisidir.
“Bu kimi sertifikatlar BANM-in müəllimlərinə, tədqiqatçılarına beynəlxalq layihələrdə iştirak etmək imkanı verəcək”, - deyə E.Qasımov bildirib.
Selim Çələbi BANM-in kollektivini bu nailiyyət münasibətilə təbrik edib. O, BANM-in beynəlxalq standartların tətbiqinə dair uğurlu fəaliyyətini alqışlayıb və təmsil etdiyi qurumla bu ali məktəb arasında olan əməkdaşlığın inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Erkan Özoral BANM-in fəaliyyətinin beynəlxalq sahədə yüksək səviyyədə olmasını vurğulayaraq gələcəkdə bu amilin ali məktəbi dünyanın ən qabaqcıl universitetlərindən birinə çevirəcəyini qeyd edib.
Fuad Süleymanov BANM-də aparılan işləri yüksək qiymətləndirib və görülən işlərin ölkənin beynəlxalq standartlara uyğun yüksək ixtisaslı kadrlara olan tələbatını ödəyəcəyinə əminlik ifadə edib.
Sonda Bakı Ali Neft Məktəbinə beynəlxalq standartlar üzrə uyğunluq sertifikatı təqdim edilib.
Qeyd edək ki, İSO 10002 beynəlxalq standart bütün növ kommersiya və ya qeyri-kommersiya fəaliyyətləri, o cümlədən elektron kommersiya fəaliyyətləri üçün şikayətlərin effektiv və səmərəli şəkildə idarə olunmasının planlaşdırılması və həyata keçirilməsi üzrə göstərişləri müəyyən edir.
Xatırladaq ki, BANM ilk ali təhsil müəssisəsidir ki, 2014-cü ildən İSO-nun üç istiqaməti - ISO 9001 "Keyfiyyət İdarəetmə Sistemi", ISO 14001 "Ekologiya idarəetmə sistemi", OHSAS 18001 "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi" üzrə beynəlxalq sertifikatlara sahib olub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info