Müəllimlərin işə qəbulu üzrə rekord sayda vakant yerlər təqdim olunacaq
Tarix: 20.06.2017 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, bu il əvvəlki illərə nisbətən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə rekord sayda vakant yerlər təqdim olunacaq. E.Bağırov qeyd edib ki, bu il vakant yerlərin toplanması yeni mexanizmə əsasən həyata keçirilir. Yerli təhsil şöbələrinin əməkdaşlarının iştirakı ilə hazırda vakant yerlərin təyin olunması üçün nazirlikdə xüsusi komissiya yaradılıb və burada müəllimlərin dərs yükü, sayı və digər amillər nəzərə alınaraq vakant yerlərin sayı müəyyən edilir: “Əvvəllər vakant yerlərin sayı barədə yerlərdən nazirliyə məlumat daxil olurdusa bu ildən həmin yerlər yalnız nazirlikdəki komissiyada müəyyən edilir. Hazırda Azərbaycanda vakant yerlərin böyük hissəsi ibtidai sinif, texnologiya, təsviri incəsənət ixtisası üzrədir. Amma Azərbaycan dili və  ədəbiyyat, İngilis dili ixtisasları üzrə müəllim ixtisaslarında şəhər məktəblərində sıxlıq olduğu üçün bu ixtisaslardan vakant yerlər bu il daha az olacaq. Məsələn, 2015-ci ildə Bakıda ingilis dili ixtisası üzrə müəllimlərə 1 yer verilmişdisə, bu il say 20 olacaq. İbtidai siniflər üzrə bu il Bakı şəhərində 500-ə vakant yerin olması nəzərdə tutulur”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info