“Əziz Əliyev. Biblioqrafiya” kitabının və elektron məlumat bazasının təqdimatı olub
Tarix: 20.06.2017 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


İyunun 20-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 120 illik yubileyi münasibətilə “Əziz Əliyev. Biblioqrafiya” kitabının və “Əziz Əliyev” elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsindən danışıb. K.Tahirov görkəmli alimin vətən və xalq qarşısında misilsiz xidmətlərindən söhbət açaraq onun böyük təşkilatçı, dövlət xadimi olduğunu qeyd edib.
Kitabxananın direktoru bildirib ki, təqdimatı keçirilən biblioqrafiya Azərbaycanda səhiyyə sisteminə layiqli töhfələr vermiş Əziz Əliyevin yubileyi ilə əlaqədar Milli Kitabxana tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib edilib. Buraya Əziz Əliyevin həyatını, elmi və ictimai fəaliyyətini əks etdirən ədəbiyyat toplanıb.
Sonra Əziz Əliyev haqqında sənədli film nümayiş olunub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Kitabxana tərəfindən görkəmli şəxsiyyətlər haqqında biblioqrafik göstəricilərin hazırlanmasını yüksək qiymətləndirib. Nazir Azərbaycan xalqının tarixində silinməz iz qoymuş Əziz Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyətindən danışıb. Respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasında onun xüsusi xidmətləri olduğunu qeyd edib.
Əbülfəs Qarayev Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində Əziz Əliyevin böyük rolu olduğunu vurğulayıb. Nazir, Əziz Əliyev nəslinin davamçılarının mədəniyyətə, incəsənətə bağlı insanlar olduğunu bildirərək bu ənənənin indi də davam etdiyini deyib.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov görkəmli alimin səhiyyə elminə, tibb təhsilinə töhfələrindən danışıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Nizami Cəfərov və Aydın Mirzəzadə, Bakı Dövlət Universitetinin biblioqrafiya kafedrasının müdiri Nadir İsmayılov, publisist-politoloq Reyhan Mirzəzadə görkəmli alimin nümunəvi həyat yolundan söz açıb, ömrünü tibb elminin inkişafına həsr edən Əziz Əliyevin Azərbaycanda səhiyyə işinin təşkilinə xüsusi diqqət yetirdiyindən, onun bu sahədəki əvəzsiz xidmətlərindən danışıblar.
Çıxış edənlər biblioqrafiyada Əziz Əliyevin həyat və yaradıcılığına geniş yer verildiyi vurğulayaraq, nəşri yüksək qiymətləndiriblər.
Qeyd edək ki, biblioqrafiyada görkəmli alimin əsərləri, həyat və yaradıcılığına dair 1933-cü ildən 2017-ci ilədək geniş bir dövrü əhatə edən ədəbiyyat öz əksini tapıb. Biblioqrafik göstərici Azərbaycan və rus dillərində tərtib edilib, materiallar bölmələr daxilində xronoloji prinsiplə, daxildə isə əlifba sırasına uyğun olaraq qruplaşdırılıb.
Tədbirdə “Əziz Əliyev” elektron məlumat bazası təqdim edilib. Qonaqlar, həmçinin “Əziz Əliyev–120” kitab sərgisi ilə tanış olublar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
MN: İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır - VİDEO
18.06.2019
Qulam İshaqzai: “Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə sadiq dövlətdir”
18.06.2019
Surət Hüseynov AXC-Müsavat hökumətini ermənilərlə əlaqədə ittiham edir
17.06.2019
XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir
16.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
2 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Çilidə güclü zəlzələ olub
5 Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info