“Jurnalistlərin dostu” müəyyənləşdiriləcək
Tarix: 20.06.2017 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


Mətbuat Şurası (MŞ) və “Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyi 2017-ci ildə “Jurnalistlərin dostu” mükafatının təqdimatı üçün iyunun 20-dən iyulun 15-ə kimi kütləvi informasiya vasitələri arasında sorğu elan edib.
 
Şuradan APA-ya verilən məlumata görə, bu məqsədlə MŞ tərəfindən müvafiq işçi qrupu yaradılıb. 
 
Mükafatın laureatını ölkənin tanınan, ictimai fikrə təsir göstərən televiziya, radio, qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu və jurnalist təşkilatlarının nümayəndələri müəyyənləşdirəcəklər. 
 
MŞ sorğuda iştirak edəcək KİV-lərə müvafiq anketləri təqdim edəcək. Anketlər iyulun 15-dək cavablandırılmalı və Şuraya təqdim olunmalıdır. İyulun 15-dən 20-dək cavablar öyrəniləcək və sorğunun qalibi müəyyən ediləcəkdir. Mükafatın laureatının adı iyulun 22-i Milli Mətbuat günü açıqlanacaq.
 
“Jurnalistlərin dostu” mükafatı 1998-ci ildə “RUH” Azərbaycan Jurnalistlərinin Müdafiəsi Komitəsi (hazırkı “Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyi) tərəfindən təsis edilib. Mükafatın təsis edilməsində məqsəd cəmiyyətdə söz və məlumat azadlığını təbliğ və inkişaf etdirmək, media ilə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin və siyasi partiyaların əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərmək, kütləvi informasiya vasitələrinə qayğı ənənələrini stimullaşdırmaqdır. 




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info