Azad Rəhimov Braziliyada səfərdədir
Tarix: 26.04.2013 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Gənclər və idman naziri Azad Rəhimov Braziliyada rəsmi səfərdədir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aprel 21-də başlayan səfərin növbəti günü A. Rəhimov Braziliya Federativ Respublikasının idman naziri Aldo Rebelo ilə görüşüb. Görüşdə idman sahəsində ikitərəfli əlaqələrin hazırkı vəziyyəti müzakirə edilib və bu sahədə əməkdaşlığın böyük potensiala malik olduğu vurğulanıb. Eyni zamanda, Azərbaycanda uşaq futbolunun inkişafına dəstək məqsədilə müxtəlif qrup və komandalarla işləyən məşqçilərin Braziliyaya seminarlara göndərilməsi, futbol üzrə 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına könüllülərin hazırlanması proqramında azərbaycanlı gənclərin iştirak etməsi məsələləri də müzakirə olunub.
Görüşün sonunda Azərbaycan və Braziliya nazirlikləri arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Braziliya Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons ilə keçirilən görüşdə isə A. Rəhimov Azərbaycanda paralimpiya hərəkatı və bu sahəyə göstərilən diqqət barədə məlumat verib və iki ölkənin aidiyyatı komitələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Həmin gün nazir A. Rəhimov “TV Brasil” kanalına müsahibə verib. Aprelin 23-də nazir Braziliya xarici işlər nazirinin idman məsələləri üzrə müavini səfir Xadil da Roşa Vyana ilə görüşüb.
A. Rəhimov səfər zamanı Braziliya parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin prezidenti Nelson Pellegrino və həmin komitənin üzvü deputat Klaudio Kajado ilə də bir araya gəlib.
Görüşlərdə Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov da iştirak edib.
A. Rəhimovun Braziliya səfəri davam edir.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Ermənistan silahlı bölmələri mülki traktoru snayper atəşinə tutub, itki yoxdur
17.07.2019
Yəhudilər terror aktında sağ qalmış müsəlmanlara 1 milyon dollar yardım ediblər
17.07.2019
Sosial şəbəkələrdə yaranan problem qlobal xarakter daşıyır və yerli mobil operatorlardan qaynaqlanmır
17.07.2019
CinemaPlus-da “Super Yay” aksiyası!
17.07.2019
İranda mikroavtobus dərəyə aşıb - 11 ölü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info