Avropalılar Britaniyaya güzəştin əleyhinədir
Tarix: 20.06.2017 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Avropalıların 60 faizindən çoxu bu fikirdədir ki, Aİ “Brexit” üzrə danışıqlarda Britaniyaya güzəşt etməməlidir. Bu nəticə Beynəlxalq Münasibətlər Kral İnstitutunun (Chatham House) Kantar kompaniyası ilə keçirdiyi birgə rəy sorğusunda əks olunub. “RİA Novosti” xəbər verir ki, sorğu Avropa İttifaqının 10 ölkəsində iki qrup - elit (1823 nəfər) və sadə əhali (10195 nəfər) arasında keçirilib. Beləliklə, elit qrupun nümayəndələrinin 68 faizi, sadə avropalıların isə 61 faizi Aİ-nin Birləşmiş Krallıqla yaxşı münasibət saxlamasına tərəfdar olduğunu bildirib. Lakin, eyni zamanda, qeyd ediblər ki, “Brexit” üzrə danışıqlarda Britaniyaya ciddi güzəştlərə getmək olmaz. Təhqiqatın nəticələrinə görə, Aİ vətəndaşlarının yalnız üçdəbiri (34 faiz) hesab edir ki, onların ölkəsi ittifaqa üzv olmaqla udub. Elit qrupun respondentləri arasında isə bu fikirdə olanlar təxminən iki dəfə çoxdur – 71 faiz. Sorğunun adi vətəndaşlar arasında olan iştirakçılarının yarıdan çoxu, həmçinin hesab edir ki, onların dövlətində həyat 20 il əvvəl daha yaxşı idi. Qeyd edək ki, Britaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya əsasən, ölkənin Avropa İttifaqından çıxmaq üzrə dövlət katibi David Davis “Brexit” danışıqlarına başlamaq üçün Brüsselə səfər edib. Bildirilib ki, artıq Aİ ilə yeni və xüsusi münasibətlər qurmağa başlamaq lazımdır. Aİ ilə Britaniya arasında ortaq dəyərlər və maraqlar mövcuddur. Bizi birləşdirən amillər daha çoxdur. Qarşıda “Brexit” üçün bizi çətin danışıqların gözləməsinə baxmayaraq, hər iki tərəfin ortaq dəyərlərimiz və vətəndaşlarımızın rifahı naminə ən uyğun razılaşmalar əldə edəcəyinə əminik. Bunları nəzərə alaraq, danışıqlarımıza pozitiv və konstruktiv başlamağa üstünlük veririk.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info