Avstraliya “İŞİD” mövqelərinə aviazərbələri dayandırır
Tarix: 20.06.2017 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Avstraliyanın Müdafiə Nazirliyi bəyan edib ki, bazar günü Suriya təyyarəsi ilə baş verən insidentdən sonra “İŞİD”-in bu ölkədəki mövqelərinə aviazərbələrin endirilməsini dayandırır. Nazirliyin bəyanatında deyilir: “Avstraliya silahlı qüvvələri Suriyaya aviazərbələrin endirilməsi əməliyyatlarını ehtiyat tədbirləri ilə əlaqədar müvəqqəti olaraq dayandırır”. Suriyada Dəməşqin razılığı olmadan fəaliyyət göstərən ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İŞİD ilə mübarizə üzrə aviasiyası Rakka əyalətində “Suriya Demokratik Qüvvələrinin” obyekti yaxınlığında bomba atmış Suriyaya məxsus Su-22 təyyarəsini vurub. Dəməşqin bəyan etdiyinə görə, həmin təyyarə “İŞİD”-ə qarşı əməliyyatda iştirak edirmiş. Bundan sonra Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, hərbi kosmik qüvvələrin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar rayonuna daxil olan istənilən təyyarə və PUA-lar Rusiyaya məxsus hava hücumundan müdafiə vasitələri tərəfindən hava hədəfi kimi qeydə alınacaq. Rusiya Müdafiə Nazirliyi, eyni zamanda, Suriya səmasında insidentlərin qarşısını almaq üçün ABŞ ilə birgə fəaliyyət barədə memorandumun iyunun 19-dan dayandırıldığını da bildirib.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Viqen Akopyan: “Paşinyan komandasında təsir rıçaqını əldə etmək üçün mübarizə gedir”
25.05.2019
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info