Ukrayna ərazisində ABŞ-ın hərbi ehtiyatları yerləşdirilə bilər
Tarix: 20.06.2017 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Ali Rada sədri:
“ABŞ-la Ukrayna arasında imzalanacaq müqavilə Vaşinqtona Kiyevə öldürücü silah vermək hüququ verəcək”

Ukrayna Ali Radasının sədri Andrey Parubiy bəyan edib ki, ABŞ-la mümkün təhlükəsizlik müqaviləsinə əsasən ölkə ərazisində ABŞ hərbi ehtiyatlarının yerləşdirilməsi mümkündür.
O qeyd edib ki, Birləşmiş Ştatlarla imzalanması gözlənilən sazışə əsasən birgə elmi-texniki araşdırma aparmaq, xüsusi əməliyyatlar keçirmək və Ukrayna ərazisində ABŞ hərbi ehtiyatlarını yerləşdirmək nəzərdə tutulur. Spiker “Levıy bereq” nəşrinə verdiyi açıqlamada qeyd edib ki, Amerika dövləti belə müqavilələr təcrübəsindən uzun illərdir ki, istifadə edir. Spiker fikrini əsaslandırmaq üçün ABŞ-ın Yaponiya, Avstraliya və İsraillə bənzər sənədlər imzaladığını qeyd edib. Spikerin təbirincə, ABŞ-la Ukrayna arasında imzalanacaq müqavilə Vaşinqtona Kiyevə öldürücü silah vermək kimi müstəsna hüquq verəcək. Qeyd edək ki, bir neçə dəfə Amerika Birləşmiş Ştatlarına səfər edən Parubiy Vaşinqtonla ikitərəfli təhlükəsizlik müqaviləsinin bağlamağın vacibliyi, həmçinin ABŞ-ın Kiyevə mümkün silah satışı ilə bağlı da açıqlamalar vermişdi. Onu da xatırladaq ki, bundan bir müddət əvvəl amerikalı konqresmen Rik Larsen də “RİA Novosti”-yə verdiyi açıqlamada qeyd etmişdi ki, Ukraynanın öldürücü silahlarla təchiz edilməsi ilə bağlı məsələnin 2018-ci ilin xərclər büdcəsinə daxil edilməsi istisna deyil. Qeyd edilməlidir ki, ABŞ Senatı bu ilin may ayından sentyabr ayının 30-a qədər olan dövr üçün federal büdcə layihəsini təsdiq edib. Həmin layihədə Ukraynaya yardım kimi 410 milyon dollar nəzərdə tutulub. Kiyevə ayrılan maliyyənin 150 milyon dollarının Pentaqon tərəfindən Ukrayna üçün maddi-texniki təlim avadanlıqlar, o cümlədən ölümcül müdafiə silahlarının satılmasına sərf ediləcəyi göstərilir. Xatırladaq ki, Rusiya dəfələrlə Ukraynaya silah tədarükünə qarşı xəbərdarlıqlar edib. Moskva belə bir addımın Donbass münaqişəsinin gərginləşməsinə gətirib çıxaracağını bəyan edib. Qeyd edilməlidir ki, Avropanın bəzi siyasətçiləri də Kiyevin öldürücü silahla təmin edilməsinə qarşıdırlar.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info