Fransanın siyasətində dəyişiklik olacaqmı?
Tarix: 20.06.2017 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Parlamentdə də üstünlük qazanan Makron avrozona üçün vahid büdcə yaradılmasını təklif edir

Fransa hökumətində dəyişikliklər olub. Parlament seçkilərinin ertəsi günü ərazi birliyi naziri Rişar Ferran parlament seçkilərində Milli Assambleyada deputat mandatı qazandıqdan sonra nazir vəzifəsindən istefa verib. O, Milli Assambleyada qrup rəhbəri olmağa üstünlük verib.
Müdafiə naziri Silvi Qular isə haqqında qaldırılan məhkəmə işindən sonra dünən səhər tutduğu vəzifədən istefa verib. Ədliyyə naziri Fransua Bayrunun istefa verməsi gözlənilsə də, Baş nazir onun öz vəzifəsində qalacağını elan edib. Fransada parlament seçkilərindən sonra hökumətin istefası qanunvericilikdə nəzərdə tutulmayan siyasi ənənədir. Prezident Makronun “İrəli, Respublika” hərəkatının inamlı qələbəsini nəzərə alaraq yeni hökumətin yaxın günlərdə minimal yerdəyişmələrlə yenidən qurulması gözlənilir. Fransada keçirilən prezident və parlament seçkilərindən sonra ölkədə tam yeni hakimiyyət formalaşıb. Prezident Makronun təmsil etdiyi siyasi qüvvə qanunverici orqanda da üstünlük əldə edib. Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri olduğundan bu ölkədə baş verən siyasi dəyişiklik Bakı üçün də mühüm əhəmiyyət kəsb edir. Makronun siyasi gedişləri, partiyalarla apardığı danışıqlar onun seçkidə böyük üstünlük əldə etməsini təmin edib. Ekspertlər hesab edir ki, böyük maliyyə mənbələrinin dəstəklədiyi Makronun qələbəsini təmin edən amillərdən biri də əsas siyasi qüvvələri parçalamağa nail olmasıdır. Bu baxımdan Makronun partiyası digər əsas siyasi qüvvələrin tanınmış simaları ilə möhkəmlənib. Fransa dövlət başçısının qələbəsində mühüm rol oynayan digər bir məsələ yeni qüvvələr xitab etməsidir. Sosioloji araşdırmalar göstərir ki, heç bir siyasi partiya üzvü olmayan minlərlə gənc və cəmiyyətin digər qrupları seçkidə Makronun partiyasına səs verib. Makronun vəd etdiyi islahatları həyata keçirməsi bu dəstəyin itirilməsi ilə nəticələnə bilər. Onun əsas ideyası Əmək Məcəlləsinin yeniləməsi ilə bağlıdır. Buna əsasən işçilərin işdən qovulması asanlaşacaq. Buna paralel olaraq iş yeri təklifindən iki dəfə imtina edən şəxsə verilən işsizlik müavinəti dayandırılacaq. Bəziləri düşünür ki, bu tədbirlər iqtisadiyyatı ölü nöqtədən tərpətməklə yanaşı, işsizliklə bağlı məsələdə müəyyən rol oynaya bilər. Amma Makronun yüz min dövlət qulluqçusunun ixtisarını təklif etməklə yanaşı, miqrant qəbulunun da tərəfdarıdır. Makronun əsas təkliflərindən biri də Avropa İttifaqı ilə bağlıdır. O, avrozona üçün vahid büdcə yaradılmasını təklif edir. Bu isə Fransa da daxil olmaqla avrozonaya daxil olan ölkələrin Almaniyadan asalı vəziyyətə düşməsi deməkdir. Həm də həmin ölkələrin Almaniyadan əlavə maliyyə resursları alması təmin edilə bilər. Merkelin bu konfiqurasiyaya yanaşması, hələlik bəlli deyil. Almaniyadan gözlənilən dəstək olmasa, o halda Makron maaşları aşağı salmaq və ixtisarlarla iqtisadiyyatı dirçəltməyə və hərbi xərcləri ABŞ-ın tələb etdiyi kimi ÜDM-in 2 faizi səviyyəsinə çıxarmağa nail olmalıdır. Əsas müxalifət sayılan Marin Le Pen heç özünün parlament fraksiyasını yaratmağa nail ola bilmədi. Fraksiya üçün parlamentdə minimum 15 yerə sahib olmaq lazımdır. “Milli cəbhə” isə 8 yerə sahib olub. Əvvəlki parlamentdə bu yerlərin sayının 2 olduğunu nəzərə alsaq 8 yer uğur sayıla bilər. Həm də onu nəzərə almaq lazımdır ki, Le Pen özü ilk dəfə deputat olub. Fransada parlament seçkiləri iki turdan ibarət olur. İlk turda qələbə qazanan Le Penə qarşı ikinci turda həmişə sağlar da, sollar da birləşərək onu oyundankənər vəziyyətdə qoyurdular. Son prezident seçkilərində də vəziyyət belə oldu. Prezident və parlament seçkilərindən tam qələbə ilə çıxan Makron özü bir neçə dəfə ölkəyə de Qoll kimi güclü liderin lazım olduğuna işarə vuran fikirlər səsləndirib. Rəsmi Bakı üçün Makronun Qarabağ münaqişəsinə yanaşması çox vacibdir. Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez ötən həftə yeni prezident Emmanuel Makronun Azərbaycanla münasibətlər və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi barədə bildirmişdi ki, Makron Fransa-Azərbaycan ikitərəfli əlaqələrinin zənginliyini anlayır. Səfir bildirmişdi ki, yeni dövlət başçısı Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlıdır: "O, münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcək. Həmişə olduğu kimi, Fransada yeni seçilmiş prezidentin Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi mövcud problemin sülh yolu ilə həllinə yönəlmiş olacaq. Bu məsələdə Minsk qrupunun rolunu qeyd etmək istəyirəm. Əsas prioritet problemin sülh yolu ilə həllini tapmaqdır".
Anar Miriyev







 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info