Gəncədə rusdilli uşaqlar üçün tədbir
Tarix: 21.06.2017 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


“Gəncə - 2017” Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı layihəsi çərçivəsində rusdilli balacalar üçün Gəncədə “nağıl saatı” təşkil olunub.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsində keçirilən tədbirdə uşaqlara müasir rus ədəbi dilinin banisi Aleksandr Sergeyeviç Puşkinin həyat və yaradıcılığı haqqında məlumat verilib, əsərlərindən parçalar səsləndirilib.
Dahi rus şairi, dramaturq Aleksandr Sergeyeviç Puşkinin həyat və yaradıcılığından danışan kitabxananın şöbə müdiri Ellada Rəhimova deyib ki, şair dünya ədəbiyyatına nəzm və nəsrlə yazılmış əsərləri ilə yanaşı, uşaqlar üçün aydın və səlis dillə ifadə olunan ibrətamiz nağıllar da bəxş edib. Ədibin nağıllarında acgözlük, xəsislik, yalançılıq kimi qüsurlar tənqid olunub, haqqın qələbəsindən, qəhrəmanların hər cür çətinliyə üstün gələrək sonda arzularına çatmasından söhbət açılır.
Daha sonra uşaqlar “Balıqçı və balıq nağılı” əsasında çəkilmiş cizgi filminə tamaşa edib, əsərlə bağlı interaktiv müzakirəyə qoşulublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Ətraf mühitin problemləri və onların həlli yolları müzakirə edilib
20.02.2019
Qaraciyəri bərpa etməyin sadə və ucuz üsulu
20.02.2019
İslamda millət və din anlayışı
20.02.2019
Narkotik vasitələrin sərhəddən qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınıb
20.02.2019
Prezident Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info