Səfir: “Fransa Azərbaycana 2,2 milyard sərmayə yatırıb”
Tarix: 21.06.2017 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun agoravox.fr saytında müsahibəsi dərc olunub. Müsahibədə səfir ölkəmizin tarixi, multikulturalizm və tolerantlıq ənənələri, enerji ehtiyatları, Fransa ilə iqtisadi əlaqələri və Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü haqqında geniş məlumat verib.
Azərbaycanın dünyəvi müsəlman ölkəsi olduğunu vurğulayan E.Əmirbəyov dini tolerantlıqdan söz açaraq, respublikamızda müxtəlif mədəniyyətlərin nümayəndələrinin dinc yanaşı yaşadığını bildirib. O, ölkəmizin Qərblə Şərq, Avropa ilə Asiya arasında körpü olduğunu qeyd edərək bildirib ki, müasir Azərbaycan 1918-1920-ci illərdə fəaliyyət göstərmiş müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın varisidir. 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizdə müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət mühiti hökm sürür. İlk dəfə 1918-ci ildə ölkəmizdə qadınlara səsvermə hüququ verilib. Bu gün müstəqil dünyəvi Azərbaycan Respublikasında dinindən və irqindən asılı olmayaraq bütün vətəndaşlar qanunla bərabər hüquqlara malikdirlər.
Müsahibədə Azərbaycanın Avropa institutlarının və İslam Əməkdaşlıq Təşkilatının üzvü olduğu diqqətə çatdırılır. Həmçinin Azərbaycanda idman, mədəniyyət və humanitar sahələrdə böyük beynəlxalq tədbirlərin keçirildiyi, mədəniyyətlər və dinlərarası beynəlxalq dialoqu təşviq etməsi, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması vurğulanır.
Azərbaycanın zəngin yeraltı təbii ehtiyatlarından, xüsusilə də enerji ehtiyatlarından söz açan səfir Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolu haqqında məlumat verib. Son 20 ildə iqtisadiyyatımızın sürətli inkişafı, Xəzər dənizində ən böyük limanın tikintisi, turizm infrastrukturuna böyük sərmayə yatırılması, bu sahənin prioritet sahələrdən biri olması vurğulanıb. Səfir ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafından, fransız şirkətlərinin 30-dan çox layihədə iştirakından söz açıb, Fransanın respublikamızda enerji, aviasiya, kosmik sənaye, nəqliyyat, su təchizatı, kənd təsərrüfatı və digər sahələrdə 2,2 milyard sərmayə yatırdığını, ölkəmizdə 50-dən çox fransız şirkətinin uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir bildirib ki, ölkəmizin ərazisinin 20 faizi işğal olunub. BMT Təhlükəsizlik Şurası, eləcə də Avropa Şurası bu işğalı pisləyən, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələr qəbul edib. Fransanın münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədri kimi göstərdiyi səylərin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyi bildirilib, həmçinin Fransa Prezidenti Emmanuel Makronun münaqişənin ədalətli, davamlı həlli istiqamətində səyləri davam etdirəcəyinə inam ifadə olunub.
Müsahibədə Azərbaycanda siyasi islahatların aparıldığı, 1998-ci ildən ölüm hökmünün ləğv edildiyi, ölkəmizin bir çox Avropa konvensiyalarını qəbul etdiyi, Venesiya Komissiyası ilə əməkdaşlığı, Qafqaz regionunda ən çox internet istifadəçisinin ölkəmizdə olduğu, 500 qəzetin, 20-dək informasiya agentliyinin, 12-dək televiziya kanalının fəaliyyət göstərdiyi vurğulanıb.
 
Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Dmitri Peskov: Putinin Zelenski ilə əməkdaşlığından danışmaq hələ tezdir
22.04.2019
“Aeroflot” Böyük Vətən Müharibəsi veteranlarına pulsuz aviabilet verəcək
22.04.2019
Şri-Lankada daha bir partlayış törədilib
22.04.2019
Londonda həbs edilən etirazçıların sayı 963-ə çatıb
22.04.2019
Şri-Lankada silsilə partlayışlarda ölənlərin sayı 290-a çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info