195 əlil istirahət mərkəzlərinə göndərilib
Tarix: 21.06.2017 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son üç gündə 195 nəfər əlilliyi olan şəxs ölkəmizin səfalı güşələrinə istirahətə yola salınıb.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin şəxslərdən 65 nəfər Lənkəran, 80 nəfər Xaçmaz və 50 nəfər Quba rayonundakı istirahət mərkəzlərində dincələcəklər.
 
“Əlilliyi olan şəxslərin cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara malik olmalarına şərait yaradılması ölkədə aparılan sosial siyasətin əsas hədəflərindən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin bir istiqaməti də  əlilliyi olan şəxslərə yaz-yay mövsümündə mənalı istirahət etmək üçün şəraitin yaradılmasına yönəlib”, - deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və  proqramlar şöbəsinin müdiri Vüqar Behbudov əlillərin yola salınması zamanı bildirib.
 
Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən ümumilikdə 1100 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkili nəzərdə tutulub. Cari ilin yaz-yay mövsümü başlanandan bəri onlardan artıq 755 nəfərin istirahət mərkəzlərinə göndərilməsi təmin edilib. Qalan şəxslər də mövsümün sonuna qədər istirahət mərkəzlərinə yola salınacaqlar. Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılıb gətirilməsi də xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə həyata keçirilir.
 
Yola salınan əlilliyi olan şəxslər yaz-yay mövsümündə istirahət mərkəzlərində dincəlmələri üçün görülən işlərdən, ümumən sosial cəhətdən həssas əhali qruplarına xüsusi diqqət və qayğı göstərilməsindən razı qaldıqlarını qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblə
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info