Tokioda hərbi təlimlər keçirilib
Tarix: 21.06.2017 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Yaponiya Silahlı Qüvvələri iyunun 21-də Tokioda Şimali Koreya tərəfindən potensial raket hücumuna qarşı hərbi təlimlər keçiriblər. NHK telekanalının yaydığı məlumata görə, təlimlərdə “Patriot PAC-3” mobil kompleksinə malik iki hava hücumundan müdafiə batareyası iştirak edib.
Təlimlər zamanı əhalinin sıx yaşadığı Nerime rayonunda şəhər tikililərinin çox olduğu ərazidə qurğular yerləşdirilib və hazır vəziyyətə gətirilib. Bu qurğulardan atəş açılmayıb. Geniş ictimaiyyət üçün açıq olan təlimlərin məqsədi sakinləri Şimali Koreyanın artan raket hücumu təhlükəsi ilə əlaqədar sakitləşdirmək olub.
Cari ildə Pxenyan tərəfindən müxtəlif növlərə malik 12 ballistik raket sınağı keçirilib. Onlardan biri martın 9-da Yaponiya sahillərindən 200 kilometr məsafədə dənizə düşüb.
Qeyd edək ki, Yaponiya 17 “Patriot PAC-3” batareyasına malikdir. Hazırda onların hamısı ölkənin müxtəlif yerlərində təşkil edilən hərbi təlimlərə cəlb edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info