“Dövlət reyestri dövlət qulluqçuları haqda informasiya resursu olmaqla, ölkə üçün mühüm əhəmiyyətə malikdir”
Tarix: 21.06.2017 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


“Dövlət qulluğuna dair qanunvericiliyin icrası vəziyyətinin mütəmadi öyrənilməsi Dövlət İmtahan Mərkəzinin (DİM) əsas vəzifələrindən biridir. Bununla bağlı, dövlət reyestrinə daxil edilmiş məlumatların öyrənilməsi zamanı bir sıra dövlət orqanları tərəfindən dövlət qulluqçuları haqqında məlumatları dövlət reyestrinə vaxtında, tam və ya düzgün daxil edilmədiyi müəyyən edilib”. Bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət qulluğunun aktual problemləri” mövzusunda elmi-praktiki konfransda çıxışı zamanı deyib. O bildirib ki, bir çox hallarda dövlət qulluqçularının əmək kitabçalarına daxil edilmiş məlumatlarla onlar barəsində dövlət reyestrinə daxil edilmiş məlumatlar arasında uyğunsuzluq aşkar edilib: “Dövlət qulluqçuları barəsində olan məlumatların müvafiq dövlət orqanları tərəfindən dövlət reyestrinə vaxtında, tam və ya düzgün daxil edilməməsi inzibati məsuliyyətə səbəb olur. Bu uyğunsuzluqlar aradan qaldırılmalıdır. Bu məqsədlə səlahiyyətimiz çərçivəsində tərəfimizdən müvafiq tədbirlər görülməkdədir. Dövlət reyestri dövlət qulluqçuları haqda informasiya resursu olmaqla, ölkə üçün mühüm əhəmiyyətə malikdir. Dövlət qulluqçularına verilən güzəştli mənzillər məhz reyestrdən verilən arayışlar əsasında həyata keçirilir. Təəssüf ki, bəzi hallarda reyestrdən arayış verilməsi üçün müraciət edən vətəndaşlara bu sənədlərin verilməsi mümkün olmur. Belə ki, həmin şəxslər qeyri-qanuni dövlət qulluğuna qəbul olunurlar, ya da müqavilə əsasında dövlət qulluğunda çalışırlar. İnsanlar dərk etməlidirlər ki, müqavilə ilə çalışmaq onları dövlət qulluqçusu statusundan məhrum edir və onlar bütün imtiyazlardan kənarda qalırlar”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info