BANM-də SPM-in sertifikatları təqdim olunub
Tarix: 21.06.2017 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) təşkil edilən Layihələrin idarəedilməsi məktəbinin (SPM) birinci modulunu müvəffəqiyyətlə və yüksək imtahan nəticələri ilə bitirən tələbələrə sertifikatlar təqdim olunub. BANM-in rektoru Elmar Qasımov sertifikatları təqdim edərək hər bir iştirakçını yüksək nəticələr əldə etməsi ilə əlaqədar təbrik edib və gələcək təlimlərdə uğurlar arzulayıb.
Rektor həmçinin ali məktəbin fəaliyyəti, uğurları haqqında məlumat verərək hər zaman öz tələbələrinə diqqət və qayğı göstərdiyini, onların bilik və bacarıqlarının aşkara çıxarılmasında maraqlı olduğunu qeyd edib.
Xatırladaq ki, Layihələrin idarəedilməsi məktəbinin iştirakçıları sırasına SOCAR, BP, “Atlantic Waste Solutions”, “PAŞA Həyat Sığorta” ASC, Pasha Holding və digər şirkətlərin nümayəndələri daxildir. BP və onun tərəfdaşlarının maliyyə dəstəyi, layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “TwentyEighty Strategy Execution” şirkətinin texniki dəstəyi və BANM-in təşkilatçılığı ilə birgə həyata keçirilən SPM tədris proqramı 7 moduldan ibarətdir və yekunda Corc Vaşinqton Universitetinin (ABŞ) magistr sertifikatının verilməsi nəzərdə tutulur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info