“ASAN İnnovasiyalar Mərkəzi” və “Mastercard” əməkdaşlıq memorandumu imzalayıb
Tarix: 21.06.2017 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” və “Mastercard” qlobal ödəniş texnologiyaları şirkəti arasında maliyyə savadlılığı ilə bağlı layihələrdə birgə əməkdaşlıq çərçivəsində “Nağdsız Azərbaycan” baxışına töhfə vermək məqsədilə memorandum imzalanıb.
Şirkətdən bildiriblər ki, memorandumu “İnnovasiyalar Mərkəzi”nin direktoru Kamran Aqasi və “Mastercard” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Alper Meniç imzalayıb. Memorandum özündə maliyyə savadlılığına töhfə verən layihələrin birgə inkişaf etdirilməsi və müvafiq olaraq “Nağdsız Azərbaycan” naminə maliyyə inteqrasiyası hədəflərinə doğru səylərin gücləndirilməsi üçün qarşılıqlı anlaşmanı ifadə edir. Bu, həmçinin “Mastercard” şirkətinin nağdsız cəmiyyətin təşviqi üçün müxtəlif təşəbbüslərin həyata keçirilməsində “İnnovasiyalar Mərkəzi” ilə birgə tərəfdaşlığının rəsmi başlanğıcıdır.
“İnnovasiyalar Mərkəzi”nin direktoru Kamran Aqasi bildirib ki, “ASAN İnnovasiyalar Mərkəzi” ictimai sektorda elektron ödənişlərin inkişafı üçün çalışan ən qabaqcıl qurumlardan biridir. Beynəlxalq tərəfdaşlarla əlaqələri gücləndirmək həmişə prioritetlərimizdən biri olub və düşünürəm ki, “Mastercard”la tərəfdaşlığımızın ilk mərhələsinin başlanğıcı “Nağdsız Azərbaycan” baxışımızın inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli bir addım olacaq.
Azərbaycanın aparıcı ictimai qurumlarından olan “İnnovasiyalar Mərkəzi” ilə tərəfdaşlığa başlamaqdan böyük məmnuniyyət duyduqlarını bildirən “Mastercard” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Alper Meriç imzalanmış memorandumun önəmindən danışıb. Alper Meriç qeyd edib ki, nağd pul üzərində qurulmuş iqtisadiyyat vətəndaşların və dövlətin sosial problemlərə qarşı həssaslığını artırır, əlavə xərclərə və narahatlığa gətirib çıxarır. Bizim maliyyə inteqrasiyasına yanaşmamız xeyriyyəçilik və ya korporativ sosial məsuliyyətdən ibarət deyil. Biz bu məsələnin həllini ictimai və özəl tərəfdaşlıqlar vasitəsilə rəqəmsal ödəniş texnologiyalarının tətbiqində və bununla da maliyyə savadlılığının yüksəldilməsinə öz töhfəmizi verməkdə görürük.
Qeyd edək ki, hazırda istehlakçı bazarında üzərinə götürdüyü öhdəliklə yanaşı, “Mastercard” nağdsız ödənişlərdə özünün ən qabaqcıl ödəniş texnologiyalarını tətbiq etmək məqsədilə Azərbaycanda ictimai və dövlət qurumları ilə münasibətlərdə də yeni bir səhifəyə qədəm qoyur.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info