“Avropa İttifaqı 4 milyard yardım edəcəklərini bildirib, lakin o pul bizə gəlib çatmayıb”
Tarix: 21.06.2017 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


“Dünyanın ən böyük çətinliklərindən biri müharibə və insanların öz evlərində çıxmağa məcbur qalmasıdır. Ermənistan hücumları nəticəsində 1 milyona yaxın azərbaycanlı da evindən, yurdundan didərgin düşüb”.
 
Bu sözləri Türkiyə Nazirlər Kabinetiyanında Mətbuat və İnformasiya Baş İdarəsinin baş direktoru Mehmet Akarca Türkiyədə səfərdə olan xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, eyni vəziyyət Suriyada və İraqda da var və bu ölkələrdə müharibə davam edir: “Oradan 3,5 milyon miqrant Türkiyəyə yerləşib. Onlar evindən, yurdundan olub, qaçmağa məcbur qalıb. Heç kəsə belə bir tale arzulanmamalıdır. Hazırda Türkiyə vətəndaşlarına nə haqlar verilirsə, onlara da o haqlar verilir. Onlar Türkiyədə istədikləri qədər qalacaqlar”. 
 
M. Akarca qeyd edib ki, miqrant böhranı zamanı Türkiyəyə heç bir ölkə ciddi kömək etməyib: “Onlar vəziyyətin ağırlığını anladıqlarını bildiriblər, lakin kömək etməyiblər. Türkiyə indiyə kimi düşərgələrdə mühacirlərin saxlanması üçün 25 milyard dollar xərcləyib. Avropa İttifaqı 4 milyard yardım edəcəklərini bildirib, lakin o pul bizə gəlib çatmayıb”.  
 
M. Akarcanın sözlərinə görə, Türkiyədəki mühacirlərdən 3,2 milyonu suriyalı, qalanı İraq, Afrika və bəzi Avropa ölkələrindəndir. 
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info