“Türkiyə hər il mühacirləri saxlamaq üçün büdcədən 5 milyard dollar sərf edir”
Tarix: 21.06.2017 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


“2011-ci ilin aprelindən Türkiyə çoxsaylı mühacir qəbul etməyə başlayıb. Suriya hadisələri zamanı o zamankı baş naziri və indiki prezidentimiz Rəcəb Tayyib Ərdoğanın tələbi ilə biz açıq qapı siyasəti həyata keçirdik və sərhədi açdıq. İyirmi üç modern sığınacaq mərkəzi quruldu. Regionlarda ciddi tədbirlər görüldü”.  
Bu sözləri Türkiyə baş nazirliyi yanında Təbii fəlakət və fövqəladə vəziyyətlərin idarəçiliyi üzrə idarənin (AFAD) rəhbəri Mehmet Halis Bilden Türkiyədə səfərdə olan xarici jurnalistlərlə keçirdiyi görüşdə deyib. O bildirib ki, 3,5 milyon mühacirdən bir milyonu məktəb və ya universitet yaşındadır: “Biz məktəbə getmək istəyən uşaqların 65 faizini qeydə almışıq. 2018-ci ilin sonuna kimi isə hamısını məktəblərə qəbul edəcəyimizi bildirmişik. Düşərgələrdə tibbi xidmətlər göstərilir. Onlar dövlət hesabına istənilən vaxt istənilən tibb müəssisəsinə müraciət edə bilərlər”.

AFAD rəhbəri dünyanın bu məsələyə göz yummasından və yardımların az olmasından şikayətlənib. Bütün dünyanın etdiyi yardım Türkiyənin yardımların iyirmidə biridir: “Türkiyə hər il mühacirləri saxlamaq üçün 5 milyard dollar sərf edir və bu vəsait büdcədən xərclənir. Avropa İttifaqı ilə Türkiyə arasında 3 milyard dollar yardımın ayrılması barədə sənəd imzalanıb. Bunun 1,6 milyardı rəsmiləşdirilib. Qalanı isə müzakirə mərhələsindədir”.
 
M. H. Bilden təmsil etdiyi qurumun fəaliyyətindən də danışıb. O, AFAD-ın 2009-cu ildə qurulduğunu və hökumətin nəzdində fəaliyyət göstərdiyini söyləyib: “Biz fövqəladə vəziyyətləri və indi də Suriyaböhranını koordinasiya edirik. Fövqəladə vəziyyət zamanı 28 xidmət qurumunun çalışa biləcəyi mexanizm yaratmışıq. Burada yüksək səviyyəli informasiya texnologiyası infrastrukturu mövcuddur. Hadisələr zamanı dronlar, təyyarələr və digər vasitələrlə məlumatlar mərkəzə ötürülür və daha sonradan onlara uyğun fəaliyyətlərlə bağlı qərarlar verilir”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info