BMT-nin Azərbaycan üzrə Rezident Əlaqələndiricisi ƏƏSMN-ə təbrik məktubu göndərib
Tarix: 21.06.2017 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai ölkəmizin ilk dəfə olaraq əmək, məşğulluq və sosial müdafiə sahəsində dünyanın ən nüfuzlu təşkilatı olan Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına üzv seçilməsi münasibəti ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təbrik məktubu göndərib. “Mən Azərbaycanda BMT-nin Ölkə üzrə İdarə Heyəti adından Azərbaycan Hökumətini ölkənizin 2017-2020-ci illəri əhatə edən müddət üçün Beynəlxalq Əmək Təşkilatının İdarəetmə Şurasına daimi üzv seçilməsi münasibəti ilə təbrik edirəm. “2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi” və onu müşayiət edən 17 Dayanıqlı İnkişaf Məqsədi əksər Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərində geniş təsbit olunmuş, “davamlı inklüziv və dayanıqlı inkişafı, tam və məhsuldar məşğulluğu və hamı üçün layiqli əmək imkanlarını təşviq etmək” məqsədini daşıyan 8-ci Məqsəddə xüsusi vurğulanan layiqli əmək, məşğulluğun artırılması, sosial müdafiə, iş yerində hüquqlar (əmək hüquqları) və sosial dialoq kimi amilləri əhatə edir. BMT sistemi BMT İnkişaf Proqramının rəhbərliyi ilə Azərbaycana milli planlarda və siyasətlərində Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsinə yardım etmək məqsədi ilə digər sahələrlə yanaşı, xüsusilə gənclər və qadınlar üçün daha yaxşı məşğulluq və layiqli əmək imkanlarının təşviq olunmasında qlobal məqsədləri milli inkişaf prioritetləri ilə uzlaşdırmaq üçün yaxın vaxtlarda Akivləşdirmə, sürətləndirmə və siyasətə dəstək (MAPS) missiyasıını Azərbaycana göndərmişdir. Biz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən missiyaya göstərilən dəstəyə görə çox minnətdarıq”, deyə məktubda bildirilir.
Sənəddə BMT tərəfindən həyata keçirilən qlobal tədbirlərdə Azərbaycanın rolu və dəstəyi yüksək dəyərləndirilib və İdarəetmə Şurası vasitəsilə BƏT-lə birgə fəaliyyətdə Azərbaycan Hökumətinə uğurlar ifadə olunub: “Azərbaycan vətəndaşlarının öz əmək fəaliyyətini sərbəst seçmək və sosial müdafiə hüquqlarından yararlanması üçün bərabər imkanların təşviqində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və BMT Agentlikləri arasında əməkdaşlığın daha da güclənəcəyinə, Azərbaycanda dayanıqlı inkişafa nail olunmasında layiqli əmək imkanının rolunun artacağına ümid edirik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info