Daha iki boksçumuz Dünya Çempionatında iştirak hüququ qazanıb
Tarix: 21.06.2017 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında 1/8 finala yekun vurulub. Bu mərhələnin ikinci günündə Azərbaycan yığmasının 4 üzvü gücünü yoxlayıb. Millimizin heyətində ilk olaraq rinqə Tayfur Əliyev çıxıb. Turnirdə 56 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz irlandiyalı Antoni Ceyms Uolkerlə üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ardınca 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı gücünü yoxlayıb. Olimpiya mükafatçımız digər İrlandiya boksçusu Emmet Brennan ilə döyüşüb və 5:0 hesabı ilə qalib gəlib. Abdulqadir Abdullayev də Kamran Şahsuvarlı kimi həm mərhələ adlayıb, həm də Dünya Çempionatına lisenziyaya yiyələnib. Avropa çempionatında 91 kiloqram çəki dərəcəsində yarışan boksçumuz 1/4 finala gedən yolda Şotlandiya idmançısı Şott Antoni Forresti mübarizədən kənarlaşdırıb – 3:2. Səkkizdəbir finalda son təmsilçimiz Cavid Çələbiyev (60 kq) isə fransalı Sofian Oumihaya məğlub olub. Rəqib 3:2 hesablı qələbə sayəsində mərhələ adlayıb. Beləliklə, yığmamızın 5 üzvü 1/4 finala vəsiqə qazanmaqla Dünya Çempionatında iştirak hüququ da əldə edib. Qeyd edək ki, K.Şahsuvarlı və A.Abdullayevədək Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) da Dünya Çempionatında iştirak hüququ qazanıblar.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Messi Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu oldu
19.04.2019
UEFA Avropa Liqasının bütün yarımfinalçıları məlum olub
19.04.2019
Futbol üzrə Şotlandiya millisinin baş məşqçisi istefa verib
19.04.2019
Ronaldo gələn il Turin klubundan ayrıla bilər
18.04.2019
Mourinyo: Messini qəfəsə salmaq lazımdır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info