Ronaldo “Real”da qalır
Tarix: 21.06.2017 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


"Real"ın futbolçusu Kriştiano Ronaldo İspaniya vergi orqanlarına 14.7 milyon avro ödəməyə qərar verib. Portuqaliyalı hücumçu mümkün həbs cəzasından qurtalmaq üçün bu addımı atıb. Qeyd edək ki, K.Ronaldonun 2011-2014-cü illər ərzində 14.7 milyon avronu vergidən yayındığı bildirilir. Bununla əlaqədar onun iyulun 31-i məhkəmə qarşısına çıxacağı bildirilirdi. Bu arada məlum olub ki, Ronaldo Portuqaliya millisindəki komanda yoldaşlarına “Real”da qalmaq istədiyini deyib. “AS” qəzetinin yazdığına görə, klubun prezidenti Florentino Peresin son müsahibəsi futbolçunu məmnun edib. Bununla belə o, yekun qərarını Pereslə görüşdən sonra verəcək. Qeyd edək ki, Peres müsahibəsində bildirib ki, Ronaldonun vergini bilərəkdən yayınmaq məqsədi olmayıb: “Ümumiyyətlə, “Real” Ronaldo ilə bağlı başqa klubla danışıqlar aparmaq fikrində deyil. Çünki o, klub tariximizin bir parçasıdır”. Onu da qeyd edək ki, “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo gözlənilməz qərarla gündəmə gəlib. Portuqaliyalı mütəxəssis “Real”dan ayrılacağı deyilən Kriştianu Ronaldo Mançesterdə görmək istəmədiyini bildirib. Mourinyo qərarını Ronaldonun 32 yaşı, transfer məbləğinin və maaşının yüksək olması ilə əlaqələndirib. “Qırmızı şeytanlar”ın çalışdırıcısı Ronaldodansa Alvaro Moratanın transferində israr edir. Lakin Mourinyodan fərqli olaraq, klubun vitse-prezidenti Ed Vudvord Ronaldonun “Old Trafford”a qayıtmasının tərəfdarıdır. Qeyd edək ki, PSJ artıq Ronaldo üçün 120 milyon avro ödəməyə hazır olduğunu bildirib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info