Rusiya ABŞ-ın Suriyadakı mövqelərinə təhlükə yaratmır
Tarix: 21.06.2017 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


“Rusiya Suriyada ABŞ-a təhlükə və ya narahatlıq yarada biləcək əməliyyatlar keçirmir”. “Reuters”in verdiyi xəbərə görə, bu barədə Pentaqondan bildirilib. “Səmərəli addımlar atmaq üçün biz fəaliyyətimizi və addımlarımızı korrektə etməkdə davam edirik”, - deyə qurumdan bildirilib. Qeyd edək ki, bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Rəqqanın cənubunda Suriya ordusuna məxsus qırıcı təyyarəni vurublar. Koalisiyanın qərargahı Suriya qırıcısının ABŞ təyyarəsi tərəfindən vurulduğunu etiraf edib. Bundan sonra Rusiya Müdafiə Nazirliyi Suriyaya dair ikitərəfli memorandum çərçivəsində Pentaqonla əməkdaşlığı dayandırdığını bəyan edib. Onu da qeyd edək ki, Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab tədbirləri hazırlamağa başlayıb. Bu barədə Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bildirib. O, ABŞ-ın bu addımlarının Moskvanın kursuna təsir edə bilməyəcəyinə, Rusiya şirkətlərinin və vətəndaşlarının yeni sanksiyalardan zərər görməyəcəyinə əmin olduğunu bildirib. Qeyd edək ki, ABŞ hökuməti Ukraynadakı vəziyyətlə bağlı Rusiyanın 38 fiziki və hüquqi şəxslərinə qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib. “Bu tədbirlər, Moskvanın problemin diplomatik yolla həlli istiqamətində işlər görməsi üçün Rusiyaya təzyiqi qoruyub saxlayacaq. ABŞ administrasiyası Ukraynanın suverenliyinə zəmanət verən diplomatik prosesə sadiqdir. Rusiya Minsk razılaşmalarını icra etməyənədək sanksiyalar aradan qaldırılmayacaq”, - deyə nazir vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info