Tokioda raket hücumuna qarşı hərbi təlimlər keçirilib
Tarix: 21.06.2017 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


Yaponiya Silahlı Qüvvələri Tokioda Şimali Koreya tərəfindən potensial raket hücumuna qarşı hərbi təlimlər keçiriblər. NHK telekanalının yaydığı məlumata görə, təlimlərdə “Patriot PAC-3” mobil kompleksinə malik iki hava hücumundan müdafiə batareyası iştirak edib. Təlimlər zamanı əhalinin sıx yaşadığı Nerime rayonunda şəhər tikililərinin çox olduğu ərazidə qurğular yerləşdirilib və hazır vəziyyətə gətirilib. Bu qurğulardan atəş açılmayıb. Geniş ictimaiyyət üçün açıq olan təlimlərin məqsədi sakinləri Şimali Koreyanın artan raket hücumu təhlükəsi ilə əlaqədar sakitləşdirmək olub. Cari ildə Pxenyan tərəfindən müxtəlif növlərə malik 12 ballistik raket sınağı keçirilib. Onlardan biri martın 9-da Yaponiya sahillərindən 200 kilometr məsafədə dənizə düşüb. Qeyd edək ki, Yaponiya 17 “Patriot PAC-3” batareyasına malikdir. Hazırda onların hamısı ölkənin müxtəlif yerlərində təşkil edilən hərbi təlimlərə cəlb edilib.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir
22.02.2019
Ukraynada modernləşdirilmiş raket sistemləri uğurla sınaqdan keçirilib
22.02.2019
Pompeo: “Huawei“dən istifadə edən heç bir ölkə ilə əməkdaşlıq etməyəcəyik“
22.02.2019
Hindistanda donuz qripi sürətlə yayılır
22.02.2019
ABŞ-da yeni qırıcı təyyarə təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info