“Möhtəkirlər nefti ucuzlaşdırır“
Tarix: 21.06.2017 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


"İndiki vəziyyətdə neftin ucuzlaşması yalnız birjalarda möhtəkirlərin mövcudluğu ilə izah oluna bilər". "İnterfax" xəbər verir ki, bunu "LUKoil" şirkətinin rəhbəri Vahid Ələkbərov bildirib. "Biz hesab edirik ki, yaranmış vəziyyətin səbəbkarları möhtəkirlərdir. Neft bazarı böyüməkdədir, biz Avropa bazarında neft məhsullarının satışını 4% artırmışıq. Paralel olaraq, Amerika bazarı da böyüyür, ehtiyatlar azalma nümayiş etdirir. Belə olduğu halda, qiymətlər stabilləşməli və ya artmalıdır. Qiymətlər isə azalır ki, bu da möhtəkirlərin mövcudluğundan xəbər verir. Qiymətlərin azalması onların lehinədir. Lakin biz gələcəkdə neftin qiymətinin kəskin artımından ehtiyatlanırıq. Biz stabillik lazımdır", - deyə şirkət rəhbəri bildirib. Qeyd edək ki, hazırda dünya birjalarında neft ucuzlaşmaqdadır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02% azalaraq 43,50 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,05 dollar və ya 0,11% azalaraq 45,97 dollar olub.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info