Rus mütəxəssis: “Elşad Abdullayevin yaydığı videolar yararsızdır”
Tarix: 26.04.2013 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Keçmiş millət vəkili Gülər Əhmədova ilə əlaqədar yayılan videomaterialla bağlı rusiyalı mütəxəssisdən rəy alınıb. Lent.az-ın məlumatına görə, bu barədə aznews.az-a hazırda istintaq təcridxanasında saxlanılan G.Əhmədovanın vəkili Raqif Mustafayev bildirib.
Vəkilin sözlərinə görə, rəy aldıqları mütəxəssis Rusiyada bu sahədə tanınmış mütəxəssisdir: “Azərbaycanda fonoaudio mütəxəssisi olmadığından biz rusiyalı mütəxəssisə müraciət etdik. Artıq ilk nəticəni şifahi olaraq bizə bildirib. Mütəxəssisin fikrinə görə, həmin videomaterial istintaq üçün yararsızdır. İlkin qənaətə görə, materialda səs kadrlara uyğun gəlmir, sinxronluq pozulub və başqa akustik sahədən götürülüb. Yaxın zamanda biz yazılı olaraq həmin rəyi əldə edib istintaqa təqdim edəcəyik. Ola bilsin ki, həmin mütəxəssisin özünün şəxsən mətbuata açıqlama verməsi ilə bağlı da razılıq əldə edək”.
Materialı tam olaraq əldə etdikdən sonra istintaqdan təkrar ekspertiza tələb ediləcəyini istisna etməyən R.Mustafayev son olaraq yayılan və tam versiya olduğu bildirilən görüntüləri də şübhə altına alıb: “Biz haradan bilək ki, bu, doğrudan da tam mətndir? Deyirlər ki, guya təhlükəsizlik kamerası ilə çəkilib, əgər belədirsə, o zaman səs niyə qoşulub”?




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info