Səudiyyə Ərəbistanı kralı varisini dəyişib
Tarix: 21.06.2017 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Səudiyyə Ərəbistanının kralı Salman bin Əbduləziz Əl Səud öz varisini dəyişib. TASS informasiya agentliyi xəbər verir ki, əvvəlki varis Məhəmməd bin Naif Əl Səudu kralın 31 yaşlı oğlu Məhəmməd bin Salman Əl Səud əvəz edib. O, həmçinin baş nazirin birinci müavini vəzifəsinə təyin olunub, eyni zamanda, müdafiə naziri postunu əlində saxlayıb. Kralın fərmanına əsasən, şahzadə Məhəmməd bin Naif Əl Səud varis titulundan məhrum edilməklə yanaşı, baş nazirin birinci müavini və daxili işlər naziri vəzifələrindən də uzaqlaşdırılıb. Məhəmməd bin Salman Qərb informasiya agentliklərinə verdiyi müsahibələrində ölkəni neft asılılığından çıxarmaq niyyətində olduğunu dəfələrlə bildirib. “Bloomberg” agentliyinin məlumatına əsasən, o, Səudiyyə Ərəbistanı və Yaxın Şərqin digər ölkələrinin Qətərlə hazırkı qarşıdurmasında əsas simadır. Həmçinin müdafiə naziri olaraq, Yəməndə husi üsyançılarına qarşı hərbi əməliyyatları kurasiya edir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info