Belçika polisi “Antverpen” vağzalında xüsusi əməliyyat keçirib
Tarix: 21.06.2017 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Belçika polisi Brüsselin mərkəzi dəmir yol vağzalında özünü partlatmaq istəyən kamikadzeni zərərsizləşdirib. “RİA Novosti” xəbər verir ki, öldürülən şəxsin üzərində partladıcı kəmər olub. Polis vəziyyətin nəzarət alında olduğunu bildirib. Müstəntiqlər Brüsselin mərkəzi vağzalında törədilən terror aktının icraçısının şəxsiyyətini müəyyənləşdiriblər. Bu barədə Belçikanın daxili işlər naziri Yan Yambon VTM telekanalının efirində məlumat verib. Nazirin dediyinə görə, öldürülən terrorçu böyük gücə malik partlayış törətməyi planlaşdırıb. Lakin partlayış nəzərdə tutulduğundan zəif alınıb. Hərbçilərin operativ müdaxiləsi ciddi nəticələri ola biləcək terror aktının qarşısını alıb. Terror hücumunun gedişində xəsarət alan olmayıb. Nazir terrorçunun adını açıqlamayıb və digər təfərrüatlar barədə məlumat verməyib. Dünən Belçika polisi “Antverpen” vağzalında xüsusi əməliyyat keçirib. Vağzalın üzərində polis helikopteri dövrə vurub, rayonda snayperlər yerləşdirilib. Belçikanın Böhran Mərkəzi insidentlə əlaqədar terror təhlükəsinin səviyyəsini qaldırmayıb




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info