Bakı rusiyalıların səyahət etməsi üçün ən populyar şəhərlərdən biridir
Tarix: 22.06.2017 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Bakı bu yay rusiyalıların səyahət etməsi üçün yaxın xarici ölkələrin ən populyar şəhərlərindən biri sayılıb. Bu barədə məlumatı “TurStat” analitik agentliyi yayıb. Mehmanxanalarda nömrələrin, habelə turların onlayn rejimdə sifariş verilməsi sistemlərinin informasiyası göstərib ki, 2017-ci ilin iyun-avqust aylarında səyyahların ən çox can atdıqları üç şəhər Astana, Bakı və Minskdir. On ən populyar şəhər sırasına Daşkənd, Almatı, Bişkek, Kiyev və Aşqabad da daxildir. Siyahıdakı şəhərlər arasında yaşamaq üçün ən bahalısı Astanadır. Bu şəhərdə turistlər hər gün adambaşına təqribən 80 dollar xərcləyirlər. Büdcə baxımından ən əlverişli şəhər isə Aşqabaddır. Türkmənistanın paytaxtında bir otel nömrəsi orta hesabla 30 dollara başa gəlir. Mayın sonlarında məlum olub ki, Azərbaycanın Naftalan şəhəri postsovet məkanında rusiyalılar arasında ən populyar müalicəvi kurort sayılıb.


Turizm yeni iş yeri yaratmaq sahəsində liderə çevrilir
2016-cı ilin hesabatına görə turizm məşğulluq təmin etmə sahəsində avtomobil, bankçılıq, dağ-mədən, kimya və maliyyə xidmətləri sektorlarını üstələyir
Dünya Səyahət və Turizm Şurası (WTTC) tərəfindən hazırlanan yeni hesabata görə, səyahət və turizm sektorunda, qarşıdakı illərdə qlobal miqyasda ildə ortalama 4 faizlik böyümə qeydə alınacaq. WTTC mütəxəssisləri, maliyyə və bank sektorundakı ortalama böyümənin isə 2,7 faiz səviyyəsində qalacağını, turizmin də bu sektorlardan ikiqat sürətli olacağını nəzərdə tutur. WTTC Müqayisə Hesabatı 2017-ci ildə turizmi, 27 ölkə və altı bölgədə, qlobal miqyasda böyümə potensialı olan səkkiz sektorla müqayisəli olaraq araşdırıb. Hesabatda, turizmin 2016-cı ildə 108 milyonu daimi olmaq üzrə ümumilikdə 292 milyon insana məşğulluq təmin etdiyi göstərilir. Bu da turizmin birbaşa və dolayı yolla avtomobil, bankçılıq, dağ-mədən, kimya və maliyyə xidmətləri sektorlarından daha çox insanı işlə təmin etdiyini göstərir.
Hesabatda turizm sektorunun ÜDM-ə təsiri və iş imkanı yaratma gücü də müqayisəli olaraq araşdırılır. Məsələn, maliyyə xidmətlərinin hamısı dünyada ÜDM-ə 19,4 faiz təsir göstərdiyi halda, turizmin təsiri 10,2 faiz səviyyəsində olmasına baxmayaraq, məşğulluğa digər sektorlardan iki dəfə çox təsir göstərir.
WTTC sədri David Scowsill bildirib ki, bu sektorun qlobal ÜDM-ə 10,2 faiz təsir etməsinə və davamlı inkişaf üçün hələ də çətinliklər yaşamasına baxmayaraq turizm sənayesinin qlobal iqtisadiyyata təsiri böyükdür: “Turizm, iş və tətil səyahəti fürsətləri yaradır. Cəmiyyətləri gücləndirir və yerli dolanışıq şərtlərini inkişaf etdirir. Dünyada çalışan 10 nəfərdən biri turizm sahəsində çalışır. WTTC kimi sektorun böyüməsinə əlverişli siyasətlər tətbiq edərək bunların həyata keçirilməsini təşviq etməyə davam edəcəyik”.

İspaniya 5 ayda 31 milyon ziyarətçi qəbul edib

İspaniya, may ayında və ilin ilk beş ayında hava yolu ilə ölkəyə gələn ziyarətçi sayını açıqlayıb. Məlumatlara görə, may ayında İspaniyaya gələn ziyarətçi sayı əvvəlki ilin eyni ayına görə 8.6 faiz nisbətində artaraq 8 milyon 271 min nəfər olub. Bu ayda İspaniyaya ən çox ziyarətçi göndərən ölkə 2 milyon 405 min nəfərlə İngiltərə olduğu halda, onu 1 milyon 399 min nəfərlə Almaniya, 600 minlə İtaliya və 589 min nəfərlə Fransa təqib edib. İspaniyaya İngiltərədən gələn ziyarətçi sayında 13.2 faiz, İtaliyadan 4.9 faiz, Fransadan isə 4.4 faiz artım olub. lmaniyadan qəbul edilən ziyarətçi sayında isə bir faiz azalma olub. Yanvar-may arasındakı 5 aylıq dövrdə isə hava yolu ilə İspaniyaya gələn ziyarətçi sayı keçən ilin eyni dövrünə görə ortalama 10.4 faiz artaraq 30 milyon 997 min nəfərə yüksəlib. Bu dövrdə İspaniyaya gələnlərin 14 milyon 869 mini ənənəvi hava yollarına üstünlük verib. 5 aylıq dövrdə İspaniyaya ən çox ziyarətçi göndərən ölkə 7 milyon 827 min nəfərlə İngiltərə olduğu halda, onu 4 milyon 940 minlə Almaniya, 2 milyon 461 minlə İtaliya və 2 milyon 307 min nəfərlə Fransa izləyib.

Türkiyə 454 “Mavi bayraq”la üçüncü sıradadır

Bu gün dünya turizm sektoru artıq “Mavi bayraqlı” turizm obyektlərinə önəm verir. “Mavi bayraq” tətil proqramı təşkil edən və tur operatorların üstünlük verdiyi dünya miqyasında ən çox tanınan eko-etiketdir. “Bayraq” sayının çox olması eyni zamanda çimərliklərin mikrobioloji baxımdan təmiz və ətraf mühitə həssas olduğunun bir göstəricidir. Dünyada 49 ölkədə tətbiq edilən “Mavi bayraq” proqramının 2017-ci il nəticələrinə görə İspaniya 579 “Mavi bayraq”la birinci, Yunanıstan 485 “bayraq”la ikinci, Türkiyə 454 “Mavi bayraq”la üçüncü sırada yer alıb. İtaliya 342, Portuqaliya 320 “Mavi bayraq”la siyahıda dörd və beşinci sırada yer alıblar. Bu il Türkiyədə 454 çimərlik, 22 qayıq limanı və 13 matorlu qayıqda bayraq dalğalanacaq.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info