Səmərqənddə “Azərbaycan milli libasları - Qarabağ geyimləri” sərgisi açılıb
Tarix: 22.06.2017 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi və təşkilatçılığı ilə Səmərqənddə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində şəhərin Mərkəzi park-bulvarında “Azərbaycan milli libasları - Qarabağ geyimləri”nin dəb sərgisi keçirilib.
AMM-nin direktoru Samir Abbasov təkrarsız və zəngin mədəniyyətimiz haqqında danışıb, Azərbaycan mədəniyyətinin beşiyi Qarabağda azərbaycanlıların yaratdığı zəngin mədəni irs barədə məlumat verib.
“Qarabağ” şikəstəsinin sədaları altında AMM-nin milli geyimlər kolleksiyasına aid Qarabağın qadın və kişi libaslarını podiumda Ə.Nəvai adına Səmərqənd Dövlət Universitetinin gənc modelyer qızları nümayiş etdirib, bu geyimlərin özünəməxsusluğu haqqında geniş məlumat verilib.
Geyimlərdə əsasən Qarabağ xanlarının dövrünə aid zəngin qadınların libasları, şənlik geyimləri, gənc Qarabağ bəylərinin mərasim geyimləri, habelə toy libasları nümayiş etdirilib.
Milli ornamentlərlə, daş-qaşlarla bəzədilmiş Qarabağ zadəgan geyimləri, habelə Azərbaycan milli kəlağayıları dəb sərgisinə xüsusi rəng qatıb.
Sərgidə nümayiş etdirilən hər bir geyim haqqında aparıcı xüsusi məlumat verib, onun xüsusiyyətlərini, xalqımızın mədəniyyətini, tarixini özündə əks etdirməsinə dair faktları qeyd edib.
İştirakçılara dəb sərgisi çərçivəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda xalqımızın yaratdığı zəngin mədəniyyət, mədəni irs təqdim edilib, milli geyimlərin hər bir xalqın qədim tarixini, zəngin mədəniyyətinin göstəricisi olduğu vurğulanıb.
Qeyd edək ki, sərginin sonunda Daşkənddəki Qlier adına İxtisaslaşmış Akademik Musiqi Liseyinin tələbə və şagirdləri Qarabağa həsr olunmuş musiqilər ifa ediblər.
Sərgidə AMM-nin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi ifa edib, çıxışlar alqışlarla qarşılanıb.
Tədbirə Səmərqənd şəhər Hakimiyyəti, Səmərqənd Dövlət Universiteti, Özbəkistandakı səfirliyimiz və bu ölkədəki Azərbaycan Diaspor Təşkilatı dəstək göstərib.
Sərgiyə maraq böyük olub, Özbəkistanın mətbuatı, Səmərqənd şəhərinin yerli televiziya kanalları dəb sərgisindən reportajlar hazırlayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info