Rusiyada psixiatriya xəstəxanasında yanğın
Tarix: 26.04.2013 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


38 nəfər dünyasını dəyişdi
Rusiyanın paytaxtı Moskvanın yaxınlığındakı Ramenskiy qəsəbəsində yerləşən 14 saylı xəstəxanada baş vermiş yanğın nəticəsində 38 nəfər dünyasını dəyişib. “BBC”-nin məlumatına əsasən, yanğın son dərəcə ağır xəstələrin yerləşdiyi bölmədə baş verib. Bir mərtəbəli xəstəxanadakı yanğısöndürmə əməliyyatı nəticəsində indiyədək 12 nəfərin cəsədi çıxarılıb. “RİA Novosti” xəbər verir ki, xəstəxanada ümumilikdə 41 nəfər xəstə olub. Otaqların pəncərələri dəmir barmaqlıqlarla qapalı olduğundan xəstələrin çoxu yanğından xilas ola bilməyib.
Yanğın 420 kvadrat metr ərazini əhatə edib. Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri ilə yanaşı, Moskva qubernatoru Andrey Vorobyov da gəlib. Vorobyov jurnalistlərə müsahibəsində “Bu, böyük faciədir. Ölən və yaralananların yaxınlarına mümkün yardımı göstərməyə çalışırıq. Hazırda əsas məsələ yanğının baş vermə səbəblərini öyrənməkdir”, - deyib.
Yanğının qısa qapanma nəticəsində baş verdiyi ehtimal olunur.
Qeyd edək ki, bu, Rusiyada psixiatriya xəstəxanasında baş vermiş birinci yanğın hadisəsi deyil. Belə ki, 1999-cu ildə Primorsk və Mixaylov Voloqodsk əyalətlərinin psixonevroloji internatlarında baş vermiş yanğın zamanı ümumilikdə 33 nəfər, 2002-ci ildə Filiminovka qəsəbəsindəki psixonevroloji internatın yanması nəticəsində 6 nəfər, 2005-ci ildə Şaturskda psixonevroloji dispanserdə baş vermiş yanğın zamanı 7 nəfər, 2006-cı ilin dekabrında Moskvada 17 saylı xəstəxanada baş vermiş yanğın nəticəsində 46 nəfər, 2007-ci ildə isə Rostov əyalətindəki psixonevroloji klinikanın yanması zamanı isə 3 nəfər dünyasını dəyişmişdi.

Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info