Ahıska türkləri torpaqlarına qayıdır
Tarix: 26.04.2013 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Ermənilər isə narahatdır

Ahıska türklərinin öz el-obalarına qayıtmaları erməni diasporunu ciddi narahat edib. İllərlə zülmə məruz qalmış ahıskalılar onlara qarşı edilmiş haqsızlıqlara etiraz səslərini ucaldıblar. Ancaq bu, erməniləri bərk narahat edib.
1944-cü ildə diktator Stalinin əmri ilə Gürcüstanda yaşayan Ahıska türkləri iki saat içərisində qatarlara mindirilərək sürgün edilmişdilər. Onlardan bəziləri ağır yol şəraitinə dözə bilməmiş və minlərlə ahıskalı elə yoldaca dünyasını dəyişmişdi.
İllərlə öz doğma vətənlərindən uzaqda qürbət həyatı yaşadılar, işgəncə və əzablara məruz qaldı Ahıska türkləri.
Geri qayıtma ilə bağlı məlumat verən Ahıskalıların Haqlarını Qoruma Mərkəzinin rəhbəri Paşa Əlixan “Bizim məqsədimiz, sadəcə olaraq, həqiqətləri dünyaya çatdırmaqdır. 69 il əvvəl Ahıskadan sürgün olunan türk toplumuyuq. 69 ildir ki, 10 dövlətin ərazisinə səpələnmiş vəziyyətdə yaşayırıq” deyib.
Xatırladaq ki, Gürcüstan parlamenti 2007-ci ildə Ahıska türklərinin ölkəyə dönməsi ilə bağlı qərar qəbul edib.
Gürcüstanın ahıskalılara vətəndaşlıq hüququnun verilməyə başlanılmasını söyləməsi erməni diasporunu ciddi narahat edib.
Paşa Əlixan bildirib ki, ermənilər bütün dünyaya Ahıska türklərinin bölgədə böyük bir narahatlıq yaradacaqlarını, onlar geri dönərsə Türkiyə ilə birləşmə tələb edəcəklərini yayırlar. Gürcü mütəxəssislər belə ermənilərin bu hərəkətinə məəttəl qalıblar.
Qeyd edək ki, indiyədək torpaqlarına dönmək istəyən 700 Ahıska türklərinə bütün hüquq və azadlıqlar verilib.

Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info