Cənubi koreyalıların 80 faizi iki Koreya arasında danışıqların bərpasını istəyir
Tarix: 23.06.2017 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Cənubi koreyalıların 80 faizi iki Koreya arasında bir müddətdir dayanmış danışıqların bərpa edilməsini istəyir. Bunu ölkədə keçirilmiş rəy sorğusunun nəticələri göstərir. Sorğuda iştirak edənlərin 76,9 faizi hesab edir ki, Cənubi Koreya nüvə probleminin həllində aparıcı rol oynamaq üçün Şimali Koreya ilə dialoqu bərpa etməlidir. Sorğu iyunun 9-11-də Mun Ce-nin prezident seçilməsindən bir ay sonra təşkil edilib. Prezident Mun Ce-nin iki Koreya arasında bərabər şərtlər əsasında uzlaşmanın davam etdirilməsinə dair vəd vermişdi. Rəyi soruşulanların 74,4 faizi hökumətin özəl sektorun Şimal Koreya ilə təmaslar qurmaqla bağlı mövqeyini dəstəklədiyini bildirib. Bundan başqa, sorğuda iştirak edənlərin 48,1 faizi iki Koreya arasında əlaqələrin inkişafına ümid etdiklərini bildirib. Bu, əvvəlki sorğudakı rəqəmdən 13,9 faiz çoxdur. Rəyi soruşulanların 39,8 faizi Şimali Koreyanı əməkdaşlıq və ya dəstək üçün ölkə kimi görüb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info