Türkiyənin xarici işlər naziri Yaponiyada
Tarix: 23.06.2017 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yaponiyada rəsmi səfərdədir.
Səfərin ilk günündə nazir Yaponiyanın iş adamları ilə bir araya gələrək iki ölkə arasında iqtisadi və turizm sahəsində əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparıb. Yunus Emre Türk Mədəniyyət Mərkəzini ziyarət edən M.Çavuşoğlu burada Yaponiyanın tanınmış türkoloqu, Osmanlı tarixçisi professor Tadaşi Suzuki ilə görüşüb, mərkəzin fəaliyyəti ilə yaxından tanış olub. Yaponiya-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş zamanı isə iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq əlaqələrinin inkişafı və regional problemlər mövzusunda müzakirələr aparılıb. Həmin gün axşam M.Çavuşoğlu yapon həmkarı Fumio Kishida ilə Türkiyə-Yaponiya əlaqələrinin mövcud vəziyyəti və əlavə əməkdaşlıq imkanları barədə danışıqlarda iştirak edib. Görüşlərdən sonra M.Çavuşoğlunun həmkarı F.Kishida ilə birlikdə mətbuat konfransı keçirilib. Xarici işlər naziri səviyyəsində 14 il fasilədən sonra reallaşdırılan bu səfər çərçivəsində M.Çavuşoğlunun bir sıra görüşləri nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info