Donbas üçün yeni status
Tarix: 23.06.2017 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Ukrayna parlamentində hazırlanan yeni qanun layihəsi Donbasla bağlı yeni hərbi-siyasi format yarada bilər
Ukrayna parlamentində Donbasla bağlı yeni qanun hazırlanıb. Yeni qanunda Donbas da daxil olmaqla bəzi sərhəd ərazilərində hərbi vəziyyətin tətbiq edilməsi nəzərdə tutulur. Yeni qanun layihəsini müzakirə edən bir çox siyasətçilər hesab edir ki, belə yanaşma ən doğru yoldur. Hələlik Donbasla bağlı yeni qanunla bağlı ətraflı məlumat yoxdur. Rəsmi Kiyevin yeni yanaşması Ukrayna və Rusiyada da maraqla gözlənilir. Hələ Ukraynanın özündə belə tam məlumat olmadığından hətta hakim koalisiya nümayəndələri belə ehtiyatlı şərhlər verirlər. Ümumiyyətlə, layihələrlə bağlı səsləndirilən bəzi fikirlərə istinadən iki mühüm seçim etmək mümkündür. Birinci məsələ Donbas bölgəsinin statusu ilə bağlıdır. Ekspertlər hesab edir ki, Kiyev çoxdan bu addımı atmalı idi. İkincisi isə həmin bölgədə həyata keçirilən antiterror əməliyyatının formatının dəyişməsidir. Bundan sonra həmin bölgədə antiterror əməliyyatı yox, hərbi əməliyyatlar keçiriləcək. Yeni qanun layihəsinin önəm kəsb edən məqamlarından biri də, ərazinin ayrı-ayrı bölgələrində, rayonlarında hərbi vəziyyətin elan edilməsi ilə bağlıdır. İndiki Konstitusiyada təsbit edilmiş prosedura əsasən hərbi vəziyyət bütün ölkə ərazisində və ya vilayətdə tətbiq edilə bilər. Bu sənəd Ali Rada tərəfindən təsdiq edilməlidir. Ekspertlər hesab edir ki, yeni qanun döyüş aparılan ərazilərdə hərbi qaydanın daha çevik tətəbiq etməyə imkan verəcək. İndi ekspertləri bir sual düşündürür - yeni qanun layihəsi Minisk razılaşması ilə ziddiyyət təşkil edirmi? Bu layihənin əvvəli "özünüyardım"dan nə ilə fərqlənməsi lə bağlı münahisələr var. Bəziləri hesab edir ki, yeni yanaşma ilə Ukraynanın Donbas bölgəsindəki vətəndaşlar üçün məsuliyyət daşımıdağı mesajı verilir. Aydındır ki, Rusiya təbliğatı yeni qanun layihəsinin Minsk razılaşdırılması ilə ziddiyyət təşil etdiyini yazır. Onlar Minsk müqaviləsinin münaqişənin mərhələli həlli tam təmin etdiyini iddia edirlər: ilk olaraq təhlükəsizlik, sonra isə siyasi həll. Başqa bir maraqlı nüans. Bu məsələnin Ukrayna prezidentinin Vaşinqtona səfərindən sonra ortaya çıxması bəzi suallar yaradır. İddia edilir ki, Poroşenko bu sənədi amerikalı həmkarı ilə müzakirə edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Soçi aeroportunda işdən çıxarılan ermənilər millətlərarası ədavəti qızışdırırlar
16.08.2019
“Erməni xalqı inqilab əvəzinə mənasız hakimiyyət dəyişikliyi əldə edib”
16.08.2019
Ermənilər ölkədə doğum nisbətini artırmaq üçün baş sındırırlar
15.08.2019
Ermənistanda növbəti izdihamlı etiraz aksiyası keçirilir
15.08.2019
Ermənistanda işsizlərin sayı 6,7 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10859

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info