Dövlət Departamentindən Qarabağdakı vəziyyətlə bağlı bəyanat
Tarix: 23.06.2017 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Hizer Noyert: “Ədalətli tənzimlənmə Helsinki Yekun Aktını əhatə edən beynəlxalq hüquqa əsaslanmalıdır”
ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətlə əlaqədar rəsmi bəyanat verib. Bəyanatda deyilir ki, Birləşmiş Ştatlar son həftə təmas xəttində atəşkəs rejiminin pozulmasının çoxsaylı qurbanlara gətirib çıxarmasından dərin narahatlıq keçirir. “Biz tərəfləri eskalasiyadan çəkinməyə və Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd və qoşunların təmas xətti boyunca gərginliyi azaltmaq tədbirlərini dərhal nəzərdən keçirməyə çağırırıq”, - deyə sənəddə vurğulanır. Həmçinin qeyd edilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 19-da dərc olunmuş bəyanatda tərəfləri danışıqları xoş məram və siyasi iradə ruhunda təzələməyə çağırıb. Noyert vurğulayır ki, Birləşmiş Ştatlar tərəflərlə intensiv qarşılıqlı fəaliyyət göstərməyi davam etdirir. “ATƏT-in Minsk qrupunun həmsədrləri ilə bölüşdüyümüz davamlı siyasət onunla yekunlaşır ki, ədalətli tənzimlənmə özündə Helsinki Yekun Aktını, o cümlədən güc tətbiq etməmə, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsiplərini əhatə edən beynəlxalq hüquqa əsaslanmalıdır”, - deyə bəyanatda bildirilir. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada brifinqdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinin yekunları barədə sualı cavablandırıb. O, deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərin yekunları üzrə açıqlanmış bəyanat Rusiya Xarici İşlər Nazirliyinin bu məsələyə dair mövqeyini tam əks etdirir. XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, Minsk qrupu həmsədrlərinin bəyanatında Rusiyanın da mövqeyi və regionda baş verənlərə dair son qiymətləndirmə əksini tapıb. O, həmçinin vurğulayıb ki, Rusiya XİN Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusunu daim diqqət mərkəzində saxlayır. Xatırladaq ki, 1993-cü ilin aprel-noyabr aylarında BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalını pisləyən, onların bu ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Məclisi tərəfindən beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə edilmiş mövqeyini bir daha təsdiqləyən 62/243 nömrəli qətnamə qəbul olunub. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunverici orqanları BMT Təhlükəsizlik Şurasının bu qətnamələrini əsas götürərək, erməni işğalçı qüvvələrinin Azərbaycandan çıxarılmasını tələb edən onlarca yeni qətnamələr qəbul ediblər. Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirir və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info