Ermənistanın Miqrasiya Xidməti biabırçı vəziyyətlə qarşı-qarşıyadır
Tarix: 26.04.2013 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


“Aykakan jamanak” qəzeti yazır ki, Ermənistanın Miqrasiya Xidməti bu ilin ilk üç ayı ərzində ölkədən gedənlər və ölkəyə gələnlər barədə statistik məlumatları hələ dərc etməyib. Bu məlumatlar adətən hər zaman hesabat dövrü ərəfəsində ayın ortalarında dərc olunurdu. Miqrasiya Xidmətinin müdiri Qagik Yeqanyan qəzetə bildirib ki, Ermənistanınn Milli Statistika Xidməti hələ bu məlumatları təqdim etməyib.
“Bir neçə gün əvvəl biz belə bir məlumat aldıq ki, bununla bağlı mənzərə biabırçı vəziyyətdə olduğu üçün statistika dərc olunmur. Həmin statsitika Ermənistandan gedən vətəndaşların sayının nə qədər artdığını təxmini əks etdirir. Statistlər ya bu məlumatları “aradan qaldırmaq”, ya da İrəvan Ağsaqqallar Şurasına keçiriləcək seçkilərə qədər təxirə salmaq istəyirlər”, - deyə qəzet yazır.
Nəşrin məlumatına görə, bu ilin ilk 2 ayının məlumatlarına əsasən, ölkədən gedən və ölkəyə gələnlərin mənfi saldosu ötən illə müqayisədə 1,5 dəfə artıb. Bu o deməkdir ki, Ermənistanda illik kəsimdə minimum 70 min nəfər ölkəni tərk edir, son beş il kəsimində isə ölkədən gedənlərin sayı 330 min nəfərdir.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info