TUMİB “İslam Həmrəyliyi İli” çərçivəsində Yardımlıda tədbir keçirib
Tarix: 23.06.2017 | Saat: 03:15:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Yardımlı rayon İcra Hakimiyyəti ilə birlikdə “İslam həmrəyliyinin təbliğində region gənclərinin dini icmalarla birgə əməkdaşlığı: imkanlar və perspektivlər” mövzusunda tədbir keçirib. Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, din xadimləri, QHT fəalları, gənclər və jurnalistlər iştirak ediblər. Toplantı iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
“Türkiyə Universitetləri Məzunları” İctiimai Birliyinin sədri Çingiz Bayramov tədbir iştirakçılarını qarşıdan gələn müqəddəs Ramazan bayramı və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 99-cu ildönümü münasibətilə təbrik edəndən sonra dövlət-din münasibətlərinin səciyyəvi xüsusiyyətlərindən danışıb. Azərbaycanın dünyəvi dövlət olduğuna diqqət çəkən TUMİB sədri ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradıldığını vurğulayıb. Ç.Bayramov bildirib ki, Azərbaycan sivilizasiyaların qovuşduğu məkanda yerləşdiyi üçün tarix boyu dinlər və mədəniyyətlər arasında körpü rolunu oynayıb.
Ç.Bayramov həmçinin Azərbaycanın Ulu öndəri Heydər Əliyevin dini icmalara qayğı ilə yanaşdığını xatırladıb. Natiq deyib ki, əsası ümummili liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bi siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. TUMİB sədri bildirib ki, Azərbaycanda mövcud olan dövlət-din müsabibətləri bir model olaraq dünya xalqları üçün parlaq nümunə sayıla bilər.
Tədbirdə həmçinin Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, Yardımlı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rövşən Süleymanov, Yardımlı şəhər məscidinin icma sədri Asif Ağayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbənin əməkdaşı Elvin Hüseynli, Yardımlı şəhər 1 saylı tam orta məktəbin müəllimi Mirhümbət Səmədov, TUMİB üzvü Cavid Camalov və başqaları çıxış edərək, Azərbaycan xalqının qədim tarixə, tolerant ənənələrə malik olduğunu bildiriblər. Natiqlər qeyd ediblər ki, ölkəmizdə hakim olan sağlam mənəvi mühiti qoruyub-saxlamaq və inkişaf elətdirmək hər bir azərbaycanlının borcudur.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib
23.01.2019
Gənclərin sayı sürətlə artır
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info