Yəhya Babanlı: “Strukturumuza daxil olan müəssisələr həmişəki kimi stabil fəaliyyət göstərəcək”
Tarix: 23.06.2017 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Ramazan bayramı, Silahlı Qüvvələri Günü və Formula-1 Azərbaycan Qran-Prisinin təqvimdə eyni vaxta təsadüf etməsi “Azərenerji” ASC-ni bir daha fasiləsiz və keyfiyyətli elektrik enerjisi təminatını həyata keçirməyə, effektiv işləməyə sövq edir və qarşımıza qoyulan məsuliyyəti ikiqat artırır. Bunu Palitra qəzetinə açıqlamasında “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib. O daha sonra qeyd edib: “Müəssisələr həmişəki kimi stabil fəaliyyət göstərəcək. Dövlət səviyyəsində qeyd edilən iki bayramın təqvimdə eyni günə təsadüf etməsi, eyni zamanda ölkəmizin daha bir beynəlxalq tədbirə, nüfuzlu idman yarışına ev sahibliyi etməsi də bizi bir daha effektiv işləməyə sövq edir və qarşımıza qoyulan məsulliyyəti ikiqat artırır. “Azərenerji” ASC dayanıqlı olaraq, bütün vaxtlarda fasiləsiz və keyfiyyətli elektrik enerjisi təminatını həyata keçirməyə hazırdır. İstər bayram və xüsusi günlərdə, istərsə də adi günlərdə təchizatçıların elektrik enerjisinə olan tələbatını ödəmək üçün əhəmiyyətli dərəcədə generasiya gücünə malikdir. Səhmdar Cəmiyyət respublikamızın elektroenergetika sektorunun təhlükəsizliyinin mühafizəsi və ölkəmizin etibarlı elektrik enerjisi ilə təminatı vəzifəsinin öhdəsindən inamla gəlir. SC-in qarşısına qoyulan vəzifələr müntəzəm olaraq kompleks şəkildə və tam məsuliyyətlə yerinə yetirilir. Enerjisistemin etibarlığı və təhlükəsizliyi diqqət mərkəzində saxlanılır, təchizatçılar öz tələbatlarına uyğun olaraq elektrik enerjisi ilə təmin edilir. Son illər elektrik enerji sisteminin mövcud infrastrukturunun müasirləşdirilməsi, yeni texnologiyaların tətbiqi nəticəsində sistemin dayanıqlılığının daha da artırılması və situasiyalara hazırlıq səviyyəsinin gücləndirilməsi bunu deməyə imkan verir. Məhz bu günlərdə də “Azərenerji” ASC-nin struktur vahidinə daxil olan müəssisələr həmişəki kimi stabil fəaliyyət göstərəcək. Bütün bunlara cavabdehliklə əlaqədar xüsusi iş rejiminə keçirilib və rəhbər işçilərdən ibarət növbətçilik cədvəli tərtib olunub. Xalqımızı Ramazan bayramı, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü və Formula 1 Azərbaycan Qran-Pri yarışının keçirilməsi münasibətilə təbrik edirik”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info