Ərəb ölkələrinin Qətərdən yeni tələbləri
Tarix: 23.06.2017 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Tələblər sırasında Türkiyə hərbi bazasının və “Əl-Cəzirə” peyk kanalının bağlanması da var

Dörd ərəb ölkəsi Qətərdən İranla diplomatik münasibətləri kəsməyi, Türkiyə hərbi bazasını bağlamağı və “Əl-Cəzirə” peyk kanalını ləğv etməyi tələb edir. “Assosiated Press” agentliyinin bir qədər əvvəl yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Küveytin vasitəçiliyi ilə Qətərə tələblərin siyahısını veriblər. Dohadan, həmçinin bu dörd ölkədə terrorizm ittihamı üzrə axtarılan bütün şəxslərin təhvil verilməsi və xarici müxalifət nümayəndələrinin maliyyələşdirilməsi haqqında ətraflı hesabat təqdim edilməsi tələb olunur. Bundan başqa, Qətər hələlik məbləği dəqiqləşdirilməmiş kompensasiya ödəməlidir. Bütün tələblərin yerinə yetirilməsi üçün ona on gün vaxt verilib. Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Dohanı beynəlxalq terrorizmi dəstəkləməkdə ittiham edib və onunla diplomatik münasibətləri kəsiblər. Daha sonra Küveyt və Oman istisna olmaqla, onlara digər körfəz ölkələri də qoşulublar.

“Təkcə bir faktı qeyd edək ki, böhranın yaranmasına səbəb olan məlumat may ayının 24-də səhər saatlarında Qətər dövlət agentliyinin saytında yerləşdirilib. Həmin məlumatın orda yerləşdirilməsindən sadəcə bir neçə dəqiq sonra artıq “Əl-Ərəbiyyə” və “Sky News” kanallarında həmin məlumatla bağlı şərhlərə start verilib. Bu isə məsələnin əvvəlcədən hazırlanan plan əsasında baş verdiyini yəqin etmək üçün yetərlidir”

Dörd ərəb ölkəsinin Qətərə qarış irəli sürdüyü yeni tələblər və onların içərisinə birdən-birə Türkiyə ilə bağlı məsələnin daxil edilməsi onların müəyyən bir mərkəz tərəfindən idarə olunduğunu göstərir. Türkiyə Qətər arasında hərbi əməkdaşlıq və baza yarıdılması ilə bağlı müqavilə çoxdan imzalanıb və onun indi yada salınması müəyyən şübhələr yaranmasına imkan verir. Ərəb ölkələrinin idarə edən dairələr Qətərdə Türkiyənin hərbi bazasının olmasını istəmirlər. Hadisələri yaxından izləyəndə prosesin necə təşkil edildiyini aydın görmək mümkün olur. Təkcə bir faktı qeyd edək ki, böhranın yaranmasına səbəb olan məlumat may ayının 24-də səhər saatlarında Qətər dövlət agentliyinin saytında yerləşdirilib. Həmin məlumatın orda yerləşdirilməsindən sadəcə bir neçə dəqiq sonra artıq “Əl-Ərəbiyyə” və “Sky News” kanallarında həmin məlumatla bağlı şərhlərə start verilib. Bu isə məsələnin əvvəlcədən hazırlanan plan əsasında baş verdiyini yəqin etmək üçün yetərlidir. Qətərin xarici işlər naziri Abdel Rəhman əl Tani iyunun 10-da Moskvada səfərdə olarkən bildirmişdi ki, qardaş ərəb dövlətləri onların qarşısında bir çox tələblər səsləndirirlər. Amma həmin tələblər səslənən günə qədər Qətərin də qatıldığı istər nazirlər, istərsə də dövlət başçıları səviyyəsində görüşlərin heç birində onlara hər hansı narazılıq bildirilməyib: “Nə ərəb ölkələrinin xarici işlər nazirlərini, nə də Trampın iştirakı ilə Ər-Riyadda keçirilən görüşdə bizə heç nə bildirmədilər”. Amma birdən-birə ərəb ölkələri qərar qəbul edərək Qətrə qarşı quru, hava və su yolu blokadası tətbiq etdiklərini elan etdilər. İşin qurama olduğunu təsdiqləyən kifayət qədər faktlar var. Məsələn, ləğv edilməsi tələb edilən təşkilatlardan birinin BMT-nin tərəfdaşı olduğu üzə çıxıb. Yaxud, artıq həyat olmayan, Qətərdə yaşamayan şəxslərin adı da Qətər qarşı tələblər sırasında yer alır. Türkiyənin Qətəri aktiv şəkildə müdafiə etməsi, Ankara və Tehranın yardımları situasiyanı bir qədər dəyişdi. Bundan sora Misir hava məkanından uçuşlara icazə verdi, Səudiyyə Ərəbistanı isə ərzaq yardımına hazır olduğunu açıqladı. Amma Qətər onların yardımından imtina etdi. Ekspertlər bildirir ki, planın əsas məqsədi Qətərdə hakimiyyəti dəyişmək və Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliyinin tam nəzarəti altında olan şəxsin hakimiyyətə gətirilməsi olub. Qətərin xarici işlər nazirinin Moskva səfərində məqsəd ölkəyə qarşı blokadanın genişlənməsinin qarşısını almaq olub. Qətər Moskvadan beynəlxalq təşkilatlar, o cümlədən BMT-də əmirliyə qarşı hansısa qətnamə, sanksiya qəbul edilməsinin qarşısını almağı istəyir.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info