Putin “Türk axını” boru kəmərinin tikintisinə start verib
Tarix: 23.06.2017 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Rusiya Prezidenti Vladimir Putin “Türk axını” qaz kəmərinin tikintisi ilə məşğul olan “Pioneering Spirit” gəmisinə gəlib. Rusiya rəhbəri qaz kəmərinin Qara dənizin dibi ilə salınan hissəsinin inşasına start verib. İsveçrənin “Allseas” şirkətinə məxsus, uzunluğu 477 metr olan “Pioneering Spirit” gəmisi “Türk axını” kəmərinin dərin sulardan keçən hissəsinin inşasına cəlb olunub. Xatırladaq ki, Rusiya və Türkiyə “Türk axını” layihəsi üzrə hökumətlərarası sazişi 2016-cı ildə imzalayıblar. Rusiyanın “Qazprom” şirkəti “Türk axını” qaz kəmərinin dənizdən keçən hissəsinin tikintisinə mayın 7-də başlayıb. Boru kəməri Qara dənizdən keçməklə Türkiyənin Avropa hissəsini və Yunanıstanı əhatə edəcək. İki xətdən ibarət boru kəmərinin bir istiqaməti Türkiyə, ikinci qolu isə Cənubi və Cənub Şərqi Avropa üçün nəzərdə tutulub. Hər istiqamət üzrə ildə 15,75 milyard kubmetr qaz ixrac ediləcəyi ehtimal olunur.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info